3 Avqust 2026, Bazar ertəsi
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi

Ölkə futbolu

Qranatkinin xatirəsinə həsr olunmuş XXVII turnirdə 14 komanda yarışacaq

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 14 komanda yarışacaq. Futbolxeber.az-ın məlumatına görə, son illər olduğu kimi, bu dəfə də Azərbaycan yığması sözügedən turnirdə mübarizə aparacaq. Sankt-Peterburqda 3-12 yanvar tarixlərində baş tutacaq yarışda 1998-ci ilədək olan futbolçular iştirak edəcək.

Azərbaycan millisi ilə yanaşı yarışda daha 13 komanda mübarizə aparacaq: Rusiya, Sankt-Peterburq, Belarus, Bolqarıstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Slovakiya, Sloveniya, Finlandiya, Estoniya, Yaponiya.

Ötən il yarışda 18 komanda mübarizə aparıb. Budəfəki iştirakçıların hamısı 1 il əvvəl də Sankt-Peterburqda yarışıb. 1 əvvəlki iştirakçılardan Yunanıstan, Cənubi Koreya, Rusiya-2 və Moskva komandaları bu dəfə yarışa qatılmayacaq.

Oyunlar Sankt-Peterburqdakı Olimpiyski Idman Konsert Kompleksində baş tutacaq.

Xatırladaq ki, ötən il Azərbaycan yığması 18 iştirakçı arasında beşinci olmuşdu.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31