12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Qay: “Son turda olsa belə, Avroliqanın qrup mərhələsində qələbə qazanmaq istəyirik”

“Qəbələ”nin məqsədi Avroliqada daha da irəliləmək idi. Ona görə də hazırkı nəticədən razı qala bilmərəm. Ümumi götürdükdə, PAOK-la oyunun nəticəsini yaxşı hesab etmək olar”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin aparıcı üzvü Aleksey Qay deyib.

Ukraynalı futbolçu Avroliqanın qrup mərhələsinin beşinci turu çərçivəsində PAOK-a qalib gələ bilməmələrinin (0:0) səbəbini belə izah edib: “Futboldu, hər şey olur. Qələbə qazanmaq üçün şanslarımız var idi. Yunanıstandan qələbə ilə ayrıla bilərdik. Ancaq ələ düşən qol imkanlarından yararlana bilmədik”.

Qay qrup mərhələsinin son turunda “Krasnodar”la oyuna qələbə üçün çıxacaqlarını qeyd edib: “Qrupdan çıxmaq şansımız qalmayıb. Amma biz həmişəki kimi optimistik. “Krasnodar”la görüşdə əldə edəcəyimiz 3 xal heç nəyi dəyişməyəcək. Amma son turda olsa belə, Avroliqanın qrup mərhələsində qələbə qazanmaq istəyirik”.

Ukraynalı yarımmüdafiəçi bazar etsəi Premyer Liqanın XIV turu çərçivəsində “Rəvan”a qarşı keçirəcəkləri oyuna da toxunub: “PAOK-la oyundan sonra komandada yorğunluq var. "Rəvan"la matça hazırlaşacağıq və yalnız qələbəyə oynayacağıq. Bunun öhdəsindən gələcəyimizə inanıram. Komandamıza inamım böyükdü”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30