2 May 2026, Şənbə
Vernidub: “Bu oyun suyumu çıxardı”
"Neftçi" "Qarabağ"ı məğlub etdi
“Səbail” darmadağına sevindi
"Sumqayıt"ın yubiley qələbəsi

Ölkə futbolu

Yunis Hüseynov: “Hakim meydançada özünü itirmişdi”

Topaz Premyer Liqasının XIV turunda “Xəzər Lənkəran”ı məğlub edən “Zirə” 3-cü pilləyə yüksəlib. Futbolxeber.az-ın məlumatına görə, matçdan sonra hər iki komandanın baş məşqçisi oyun haqda fikirlərini açıqlayıb:

Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Oyun istədiyimiz kimi alınmadı. Məğlub olmaq istəməzdik, nəticəyə görə təəssüflənirik. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdan gələn kubok oyununa kasad heyətlə hazırlaşacağıq. Mən əvəzedici heyətdə 90 dəqiqə meydançada olan futbolçunu bu gün yenə oyuna buraxmaq məcburiyyətində idim.

Artıq Premyer Liqada 14-cü tur geridə qalır. İndiyə kimi hakimlik barədə danışmamışam. Bu gün isə hakimlik xoşuma gəlmədi. Sanki, hakim meydançada özünü itirmişdi. Epizodlar zamanı düzgün qərarlar vermədi, belə olmaz. Hakimlikdən çox narazı qaldım. Elə epizodlar vardı ki, sırf komandanın əleyhinə işlədi”.

Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Çətin bir oyunda qələbə qazandıq. Buna görə çox şadam. Futbolda daim qələbə qazanılması mümkün deyil. “Rəvan”a məğlubiyyətdən sonra bilirdik ki, çətin bir görüşə çıxırıq. Sevinirəm ki, psixoloji gərginliyi aradan qaldırıb, qələbə qazandıq”.

 


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31