26 May 2026, Çərşənbə axşamı
Zakaria Savon rəsmən “Qarabağ”da
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

“Xəzər Lənkəran”da ciddi itki

Premyer liqanın XI turunda səfərdə minimal hesabla qalib gələn “ Xəzər Lənkəran” sabah toplanır. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisi “Rəvan” üzərindəki qələbədən sonra iki günlük istirahəti başa vurub, Lənkəranda məşqlərinə start verəcək. Bu arada son matçda zədələnərək oyunu erkən tərk edən Adrian Skarlatakenin durumu bəlli olub. Təcrübəli futbolçu sol ayağın diz nahiyəsi arxa bağlarının qopması ilkin diaqnozu ilə iki aylıq sıradan çıxıb. Belədə son həftə ərzində Orxan Əliyevdən sonra ikinci futbolçu əməliyyat olunacaq. Uzun müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanovdan isə xoş xəbər var. Futbolçu sabahdan etibarən fərdi məşqlərə başlayacaq.

Xatırladaq ki, “Xəzər Lənkəran” növbəti tur çərçivəsində noyabrın 8-i saat 16.00-da “Qarabağ”la doğma meydanında qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31