1 Aprel 2026, Çərşənbə
Riad Rəfiyev Harvardın məzunu oldu
“Dinamo” 6 qollu qələbə qazandı
“Bir qələbə ilə rahatlaşmaq olmaz”
Yığmamız 6 qolla qələbə qazandı

Ölkə futbolu

Yonas Hofmann: “Çalışacağıq ki, bu hal “Qəbələ” ilə oyunda təkrarlanmasın”

“Təəssüflər olsun ki, Henrik Mxitaryan bizimlə birgə Bakiya gələ bilmədi. Amma bununla bağlı edəcəyimiz heç nə yoxdur”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yonas Hofmann deyib.

23 yaşlı futbolçu erməni futbolçunun Bakıya gəlməməsi haqda qərarın klub rəhbərliyi tərəfindən qəbul olunduğunu bildirib: “Bu barədə qərar klub rəhbərliyi tərəfindən qəbul edilib. Henrik Dortmunda qalaraq, Bundesliqanın növbəti oyununa hazırlaşır”.

Hofmann “Qəbələ” haqda da fikirlərini bildirib: “Qəbələ” güclü komandadır. Bilirik ki, ölkə çempionatında hazırda ikinci pillədə qərarlaşıblar. Həmçinin Avroliqada da cəmi 1 oyunda uduzublar. Yəqin ki, “Qəbələ” də bizi yaxşı analiz edib. Sabah bizi çətin oyun gözləyir. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

 Hofmann meydana qələbə üçün çıxacaqlarını vurğulayıb: “Sabah 3 xal üçün mübarizıə aparacağıq. Çalışcağıq ki, qalib gəlməklə Dortmunddakı oyuna rahat çıxaq. Bəzi oyunlarda son 20-30 dəqiqədə çətinlik çəkmişik. Amma çalışacağıq ki, bu hal “Qəbələ” ilə oyunda təkrarlanmasın”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30