18 Avqust 2025, Bazar ertəsi
"Qarabağ" Macarıstana yollandı
Adil Şükürov: “Kəpəz” düzələcək”
"Sumqayıt"dan möhtəşəm start
"Müqavimət göstərməyə gücümüz var"

Ölkə futbolu

Con Toşak: "Onun hərəkətləri yolverilməz idi"

“Finalda uduzmaq çox məyusedicidir. Özü də penaltilər seriyasında”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Neftçi" ilə oyundan sonra "Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib. 
 
Uelsli çalışdırıcı bildirib ki, karyerası ərzində 3 dəfə kubokun finalında penaltilər seriyasında komandası məğlub olub: “Belə final karyeramda üç dəfə olub. Əvvəl “Real” (Sosyedad) və “Beşiktaş”la qələbə qazansam da, bu dəfə penaltilərdə üzüldüm”. 
 
Toşak oyundan sonra baş verən qalmaqala da toxunub: “Mən sadəcə, “Neftçi” futbolçularını təbrik etmək istəyirdim. Onlar hazırda ölkənin ən güclü komandasıdır. Rəqibimizə Çempionlar Liqasında uğurlar arzulayıram. Saşa Stamenkoviçə isə demək istəyirdim ki, bizim futbolçular penalti vuran zaman onun hərəkətləri yolverilməz idi”. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31