22 Sentyabr 2026, Çərşənbə axşamı
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Ölkə futbolu

Qara Qarayev: “Hazırda ad günü barədə düşünmürəm”

“Prosineçkinin rəhbərliyi altında oyunlarımızı yaxşı keçirmişik. Sabahkı görüş də bizim üçün vacibdi”. Futbolxeber.az-ın apasport.az- istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Qara Qarayev deyib.

 Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sonuncu oyununu sabah Bolqarıstana qarşı keçirəcək. Bu görüşdən öncə keçirilən mətbuat konfransında Qarayev də iştirak edib.

 O, bildirib ki, sabahkı oyun çətin keçəcək: “Rəqibimiz qrupun ən çətin komandalarındandı. Onlar da qrup mərhələsini qələbə ilə bitirmək istəyirlər. Düşünürəm ki, işimiz çətin olacaq. Çünki Bolqarıstan millisi evdə oynayacaq. Bundan əlavə, onların heyətlərində sürətli hücumçular var. Amma biz də Sofiyaya xal və ya xallar qazanmaq üçün gəlmişik”.

“Bu gün ad gününüzü necə qeyd edəcəksiz” sualını Qarayev belə cavablandırıb: “Yəqin ki, axşam nəsə olacaq. Amma mən hazırda ad günü barədə düşünmürəm. Məşqdən sonra tort kəsəcəyik. Mənim üçün birinci işdi, sonra ad günü”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30