Ölkə futbolu
Tuyqun Nadirov: “Hamımız bir yerdə toparlanıb, çətin vəziyyətdən çıxmalıyıq”
"Xəzər Lənkəran" futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovun "Report"a müsahibəsi:
- Azərbaycan Premyer Liqasının son turunda "Qəbələ"yə 0:6 hesabı ilə məğlub oldunuz. Bunu komandadakı durumun yaşıl meydanda əyani ifadəsi kimi dəyərləndirmək olar?
- Komanda ilə bağlı vəziyyəti hamımız bilirik. "Xəzər Lənkəran" yanvardan yeniyetmə futbolçularla oynayır. Mən bu futbolçulara gənc də demirəm, onlar yeniyetmədir. Lider komandalar var ki, onlarla başabaş oynayıb xal almışıq. Düzdür, son turda "Qəbələ"yə böyük hesabla məğlub olduq. Bunun üçün təəssüf hissi keçiririk. Ancaq nəzərə almaq lazımdır ki, bu gün Avropanın aparıcı klubları da böyük hesabla məğlub olur və qalib gəlir. "Xəzər Lənkəran" turnir cədvəlinin ilk pillələrində olan vaxtlarda da udub və uduzub. Məğlub olsaq da, komandaya dəstəyi əsirgəməməliyik. Azarkeşlər də komandanın yanında olmalıdırlar. Biz bu çətinlikdən yalnız birgə çıxa bilərik. Bütün gücümüzü ortaya qoyub, FİFA-nın qərarının düzgün olmadığını sübut etməyə çalışırıq. İnanıram ki, buna da nail olacağıq. "Xəzər Lənkəran" Azərbaycan çempionatı tarixində belə böyük hesabla uduzmayıb. Amma rəhbərlik olaraq baş məşqçi və komandanın yanındayıq.
- Uğursuz nəticələrdə FİFA-nın klubunuza tətbiq etdiyi transfer qadağasının təsiri nə dərəcədə özünü büruzə verir?
- FİFA həmişə futbolçuların tərəfini tutur. Hətta elə olur ki, futbolçunun pulunu verib evə yola salırsan, sonradan gedib meneceri və ya digər şəxs vasitəsilə FİFA-ya şikayət edir, klublara qarşı haqsızlığa yol verirlər. Dəfələrlə olub ki, FİFA-nın çıxardığı qərarı biz İdman Arbitraj Məhkəməsində (CAS - R.Ə.) ləğv etdirmişik. İkincisi, necə ola bilər ki, futbolçu təzminat iddiası qaldırır və biz bu məhkəməni uduruq, heç bir pul vermirik, amma sonradan kluba qarşı sanksiya tətbiq edirlər. Bu sanksiya da absurddur. Digər tərəfdən, sanksiyanın müddəti 31 avqustda başa çatır, biz isə transferlər edib, heyəti qururuq. Lakin çempionluğa oynayan komandanın birdən-birə transferləri meydana çıxa bilmir. FİFA-da oturan hörmətli şəxslərin kefi istəmir ki, klub rahat işini görsün, transferini etsin və nəticədə belə vəziyyət alınır.
- Amma baş məşqçi Yunis Hüseynov elə "Report"a açıqlamasında bildirib ki, əvvəlki oyunlarla müqayisədə "Qəbələ" ilə qarşılaşmada "Xəzər Lənkəran"da mübarizlik yox idi...
- Yunis müəllim dedi ki, təslim olublar? Onu vurğulamaq istəyirəm ki, gənc futbolçularla yanvardan bu yana oynayırıq. Bu dəfə alınmadı. Təbii ki, bir daha təkrarlanmamasından ötrü səbəblərini araşdırıb qarşısını almağa çalışacağıq. Hamımız bir yerdə toparlanıb, çətin vəziyyətdən çıxmalıyıq.
- Bəlkə bütün bu problemlər klubun büdcəsinin azaldılması səbəbindən ortaya çıxır?
- Bu gün "Xəzər Lənkəran"da bir problem var. O da FİFA-nın çıxardığı qərardır. Yayda yetərincə futbolçu transfer etdik və aparıcı futbolçular gətirdik. Ancaq FİFA-nın qəbul etdiyi qərarı hamı gördü. Bu yaxınlarda bir məsələni də qaldıracağıq. Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının (FİFPro) baş katibi Teo van Şeggelenin FİFA-da hakimlik etməsi absurd bir şeydir. "Xəzər Lənkəran"la futbolçunun məsələsinə FİFPro rəsmisi baxır. Bu necə ola bilər? Demirəm ki, o, qərəzli qərar verir. Sadəcə, necə ola bilər ki, futbolçu ilə klub arasındakı məsələyə FİFPro-nun baş katibi baxsın?
- CAS-ın qərarı nə vaxt açıqlanacaq?
- Hələ müddət verilir. CAS şikayətimizi qəbul etdi və müvafiq araşdırmalarla məşğuldurlar. Bir neçə gün ərzində bu araşdırma bitəcək. Biz özümüzün haqlı olduğumuza əminik. Çempionatdakı fasilə başa çatanadək cavab gələcək. İnanıram ki, nəticə bizim xeyrimizə olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
13:00
Güləşçimiz Qazaxıstanda keçirilən turnirin qalibi olub
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
11.11.2026
10.11.2026
09.11.2026
























