12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Rəşad Sadıqov: “Neftçi” qol vurana kimi çox pis oynadıq”

"Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib: "Çox gərgin qarşılaşma oldu. Fikrimcə, oyun hər iki komandanın azarkeşlərinin xoşuna gəldi. Biz "Neftçi"ni analiz etmişdik. Özünüz də gördünüz ki, rəqib bu gün çox pressinq edirdi, sonadək mübarizə apardı. Biz isə buraxılan qola qədər çox pis oynadıq. Yalnız ondan sonra qol vəziyyətləri yaratmağa başladıq. Düzünü deyim ki, "Anderlext"lə oyunu elə də düşünmürdük. Belçikalılarla görüşü sabahdan (bu gün) etibarən düşünməyə başlayacağıq. İki cəbhədə mübarizə aparmaq çətindir. Bu, çempionatdakı çıxışımıza təsirsiz ötüşmür" (СВС).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30