12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Məsələ həllini tapsa, o zaman “Qarabağ” “Neftçi” ilə yeni stadionunda oynayacaq”

Peşəkar Futbol Liqası (PFL) “Qarabağ”ın Suraxanı qəsəbəsindəki yeni stadionunu hələlik qəbul etməyib. Futbolxeber.az-ın məlumatına görə, bu haqda qol.az saytına PFL prezidenti Ramin Musayev açıqlama verib.

O qeyd edib ki, dünən rəhbəri olduğu qurumun nümayəndələri stadionda baxış keçiriblər: “Doğrudan da, “Qarabağ” klubu öz adına layiq olaraq, gözəl stadion inşa etdirib. Amma qeyd etməliyəm ki, stadionda müəyyən xırda çatışmazlıqlar da var ki, biz kluba bunu aradan qaldırmağı tövsiyə eləmişik. “Qarabağ”ın direktoru Əmrah Çəlikəl həmin məsələnin sentyabrın 25-nə kimi aradan qaldırılacağını dedi”.

R.Musayev bu çatışmazlıqların nədən ibarət olduğunu açıqlamayıb. Amma bildirib ki, əgər məsələ həllini tapsa, o zaman “Qarabağ”ın “Neftçi” ilə Premyer Liqa oyununun Ağdam klubunun yeni stadionunda keçirilməsinə icazə veriləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl “Qarabağ” PFL-ə müraciət ünvanlayaraq “Neftçi” ilə Premyer Liqanın 6-cı turunun (26 sentyabr) oyunun yeni stadionlarından keçirilməsinə icazə verilməsini xahiş edib. Bundan sonra PFL nümayəndələri stadionda yoxlama aparıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30