21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

Fariz Nəcəfov: “Mən əvvəldən də hazırkı limitin əleyhinəydim”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın V turunda komandamız “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdi. Görüşlə bağlı nə deyə bilərsiz?

- Çox ağır oyun keçdi. Komandamız yalnız sona yaxın lazım olan qolu vura bildi. Oyun parlaq olmasa da, 3 xal qazana bildik.

- Görüşdən əvvəl çoxları “Qəbələ”nin asan qələbə qazanacağını düşünürdü. “Sumqayıt”la matçın bu qədər çətin keçəcəyini gözləyirdiz?

- Yox, gözləmirdim. Rəqibin çox ciddi müqaviməti ilə üzləşdik. “Sumqayıt” çox layiqli mübarizə apardı.

- Ötən tur “Qəbələ” uduzdu. Bu dəfə isə 3 xalı sonda qazandı. Komandada nə baş verir?

- Avroliqadan yerli çempionata keçidimiz uğurlu alınmır. Məşqçilər baxıb, nəticə çıxaracaqlar. Təbii ki, bu oyunu analiz edib, səhvlər üzərində işləməliyik.

- Demək olar ki, komandanın fikri Avroliqada qalıb?

- Bir çox səbəb ola bilər. Amma komanda ciddi nəticə çıxarmalıdır. Belə davam etsə, növbəti görüşlərdə xal itirə bilərik.

- Avroliqada fərqli, çempionatda isə legioner limitinə görə başqa heyətlə mübarizə aparırsız. Son vaxtlar limit məsələsi çox müzakirə olunur. Bu məsələni Klublar Komitəsinin növbəti iclasında müzakirəyə çıxarmağınız mümkündür?

- Bu mövsüm heç nə edə bilmərik. Artıq qərar qəbul edilib. Bizə limitə uyğun meydana çıxmalıyıq.

- Ümumiyyətlə, hazırki legioner limiti sizi qane edir?

- Mən əvvəldən də 5+6 sisteminin əleyhinəydim. Klublar Komitəsində bu məsələ müzakirə olunanda da fikrimi bildirmişdim. Düzdür, yerli futbolçular üçün şərait yaratmalıyıq. Qoy, 5 yox, 4 nəfər oynasın. Amma səviyyəli futbolçular yetişsin. Onsuz da bu gün Azərbaycanda kifayət qədər futbolçu yoxdur.

- Yəni, siz limitin 4+7 olmasının tərəfdarısız?

- Bəli. Gələcəkdə legioner limitinə baxılsa, mən məhz 4+7-yə, yəni start heyətində 4 yerli, 7 əcnəbi futbolçunun olmasına səs verəcəyəm.

 

 





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30