3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

İlk dəfə ”Böyük oyun” finalı

Azərbaycan kuboku tarixində ilk dəfə finalda “Böyük oyun” baş tutacaq. Futbolxeber.az-ın məlumatına görə, “Neftçi” və “Xəzər Lənkəran” arasında oyunla 2012/13 mövsümünə də yekun vurulacaq. Mövsümün son qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 
Bu qarşılaşma rəqiblər arasında 28-ci dueldir. İndiyədək baş tutan 27 görüşdə daha çox heç-heçə qeydə alınıb. Belə ki, bu matçların 11-də qalib müəyyənləşməyib. Komandalar isə hərəyə 8 dəfə qalib gəlməyi bacarıb. Bu matçlardakı top fərqində bakılılar hələlik öndədir – 28:25.
 
Baş tutan 27 matçdan 25-i Azərbaycan çempionatında keçirilib. Kubokda isə yolları yalnız 1 dəfə kəsişən komandalar 2010/11 mövsümündə ¼ finalda 2 dəfə üz-üzə gəlmişdi. Finalda isə azarkeşlər ilk dəfə “Böyük oyun” izləyəcək.
 
Həmin duel "Xəzər Lənkəran"ın xeyrinə başa çatmışdı. Bakıdakı məhsuldar oyunda 4:3 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” evdəki bərabərliklə mərhələ adlamışdı. Kubokda “Neftçi”yə uduzmayan Lənkəran təmsilçisi tarixində 4-cü dəfə kuboku qazanmaqla rekorda şərik olmağa yaxındır. Bu göstəricidə rekord isə “Neftçi” ilə “Kəpəz”ə məxsusdur. Bu komandalar hərəyə 4 dəfə kuboku başı üzərinə qaldırıb.

lankaranfc.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31