1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

“Qəbələ” PAOK-la oyunun hazırlıqlarını davam etdirir

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qəbələ” I turun PAOK-la (Yunanıstan) oyununun hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın IV turunun “İnter”lə sentyabrın 12-də Bakıda keçirilən oyunundan (1:2) sonra məşqlərinə ara verməyən komanda qrupdakı ilk sınağına Qəbələdə hazırlaşır. Son matçın ertəsi bərpaedici məşqi paytaxtda gerçəkləşdirən “qırmızı-qaralar” ADBTİA stadionunda çalışıb. Dünən Qəbələdə məşq edən Roman Qriqorçukun yetirmələri bu gün də doğma stadionda hazırlıq keçəcək. Sabah baş tutacaq oyunöncəsi son məşq isə qarşılaşmanın keçiriləcəyi “Bakcell Arena”ya təsadüf edəcək.

Xatırladaq ki, “Qəbələ” - PAOK oyunu sentyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30