14 Fevral 2026, Şənbə
"Qarabağ" və "Zirə" qalib gəldi
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi
Anatoli Nuriyev “Zirə”də

Ölkə futbolu

UEFA-nın baş katibi: “Çalışacağıq ki, Mxitaryan “Qəbələ” ilə Azərbaycandakı görüşdə oynasın”

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində C qrupunda “Qəbələ”nin rəqiblərindən biri də Dortmundun “Borussiya” klubu olacaq. Futbolxeber.az-ın məlumatına görə, püşkün nəticəsi bəlli olduqdan sonra müzakirə olunan əsas məsələlərdən biri də dortmundluların erməni futbolçusu Henrik Mxitaryanın komandası ilə birlikdə Bakıya gəlib-gəlməyəcəyi idi.

Bu barədə püşkatmadan dərhal sonra təşkil olunmuş mətbuat konfransında UEFA prezidenti Mişel Platiniyə sual ünvanlanıb.

Əvvəlcə suala cavab verən qitənin ali futbol qurumunun baş katibi Cianni İnfantino “Çalışacağıq ki, o, “Qəbələ” ilə Azərbaycandakı oyunda oynasın” - deyib.

Daha sonra isə Mişel Platini də erməni futbolçunun Azərbaycanda meydana çıxmağının problem olmayacağını bildirib (apasport.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28