Ölkə futbolu
Unutduğunuz, tək buraxdığınız Cavid...YAZI
...Birdən dəhlizdəki səs-küy artdı. Söhbətimizi yarımçıq saxlayıb, otaqdan çıxanlara göz yetirdik. 2 polis əməkdaşı, vəkil və əli qandallı Cavid Hüseynov... Cavidin əynində qara şalvar və ağ köynək var idi. Rəmzi olaraq ağ onun bir həftə əvvəlki, qara isə indiki durumunu göstərirdi. Sanki bir qədər sınıxmışdı. Hətta nisbətən arıqladığını da söyləmək olar. Bu anda dərhal yadıma Cavidin həbs olunduğu gün həmkarım Sənan Şəfizadənin yazdığı status düşdü. Cəmi 4-5 gün əvvəl əlində Azərbaycan və Türkiyə bayrağı ilə stadionda dövrə vuran, eyni anda minlərlə insanın adını çağırdığı şəxs, hazırda əli qandallı vəziyyətdə qarşımda dayanmışdı. Həyatımda ilk dəfə məhkəmə zalında idim. Bilmirəm bunun təsiri idi, yoxsa yox, amma həmin anda gördüyüm mənzərə ürəkağrıdıcı idi. Nəinki Cavidi, insan heç düşmənini belə, o cür vəziyyətdə görmək istəməz.
Cavid 2 polisin müşaiyəti ilə binanı tərk etdi və maşının yanında dayanıb, vəkili ilə bir qədər söhbət etdi. Mən də demək olar ki, Cavidin yanında idim. Qısaca “keçmiş olsun” deyib, gözlərinin içinə baxdım. Orda çox şey görmək olardı. Amma gördüklərimi necə yazacağımı bilmirəm...
Məhkəmə binasının qarşısında isə 10-a yaxın jurnalist (onlardan cəmi 2-si idman jurnalisti idi), Cavidin 10-15 nəfərə yaxın qohumu, ailə üzvləri, dostları və cəmi 3 futbolçu var idi. Kimisə qınamaq fikrində deyiləm. Amma belə çıxır ki, Cavid Hüseynovun taleyi cəmi 30-40 nəfəri maraqlandırır? Bəs, Cavid sizin fəxriniz, dostunuz, qardaşınız idi? Əminəm, bu gün Cavid məhkəmə zalında olmasaydı, hansısa restoranda bir məclis təşkil etsəydi, bundan ən azı 10 dəfə çox adam ora yığışacaqdı. Bizim cəmiyyətin ən böyük problemlərindən biri “yıxılana balta vurmaqdı”. Halbuki həyatda səhvsiz insan yoxdu. Çətin vəziyyətdə olan birinə yardım etmək əvəzinə onun daha da aşağı yuvarlanmasına, çökməsinə kömək edirik. Kimisə bitirmək çox asandı. Lakin çətin vəziyyətdə olan birini yenidən cəmiyyətə qazandırmaq hünər tələb edir. O hünər isə hər adamda olmur.
Kiprdə etdiyi jest zamanı çoxları Cavidə dəstək oldu. Az qala milli qəhrəman elan olunmuşdu. Bəs, Cavidə həmin vaxt dayaq olanlar, saxta patriotluq nümayiş etdirənlər indi hardadırlar? Nə üçün futbolçuya mənəvi dəstək olmurlar? Cavid Hüseynovun jurnalistin ölümündə əli olub-olmadığını dəqiq heç birimiz söyləyə bilmərik. Ən doğru qərarı yekunda məhkəmə verəcək. Ancaq belə görünür ki, çoxları artıq Cavid Hüseynovu unudub. Bir neçə gün əvvəl göylərə qaldırdıqları xalq qəhrəmanının indiki durumu onları maraqlandırmır.
Cavid Hüseynov günahkardısa, cəzasını alacaq. Ancaq heç bir valideyn günahkar olan övladından, dost dostundan imtina etmir. Bunu unutmayaq.
Mərhum jurnalistə Allah rəhmət etsin. Ondan sonra bu məsələdə ən böyük zərbə elə Cavidin özünə dəydi. Hər şey bir qırağa, o, hazırda Azərbaycanın ən yaxşı formada olan futbolçusu idi. Karyerasının pik çağını yaşayırdı. İndi isə o həbsxanadadır və ən yaxşı halda qarşıdakı 3 ayı ev dustağı kimi keçirməyə ümid edir. Bu 3 aydan sonra Cavid hansı formada olacaq? Əvvəlki formasını bərpa edə biləcək? Yenidən əvvəlki səviyyəyə yüksələ biləcək? Suallar çoxdu. Cavablar isə...
Məhkəmə önündə olan Cavidin keçmiş komanda yoldaşı, dostu Aqil Nəbiyev bütün jurnalistlərdən bir şeyi xahiş edirdi - hər şeyi olduğu kimi işıqlandırın. Aqilin bu sözündə həqiqət var. Heç kim inciməsin, amma bəzən elə yazılar oxuyursan ki...Dostlar, 1000, 2000 İP daha çox yığmaq heç bir insanın taleyindən vacib ola bilməz. Bu gün məhkəmə önündə Cavidlə üz-üzə dayanmışdıq. Onun əli qandallı vəziyyətdə şəklini də çəkmək olardı, lap 1-2 cümlə fikrini öyrənmək də. Amma həyatda işdən də, puldan da vacib olan mənəvi dəyərlər var. Cavid günahkardısa, onsuz da layiqli cəzasını alacaq. Günahkar deyilsə...nəyisə yazmamışdan öncə heç olmasa ikinci ehtimalı düşünək.
İBRAHİM
|
cAVİD kİPRDƏ HANSİ JESTİ EDİBSƏ EDİB. nECƏ DEYƏRLƏR O İSİN BU İSƏ DƏXLİ YOXDUR.bU ONA ƏSAS VERMİR Kİ SİFARİSLƏ QOCULUQLA GƏNC BİR OMRƏ BALTA VURDURSUN.oNU MUDAFİƏ EDƏNLƏR OZUNU COX YOX ON DƏQİQƏLİYƏ ONUN ANASİNİN ATASİNİN NİSANLİSİNİN YERİNƏ QOYSUN. gƏNC NİSANLİ BİR OQLAN BİR DƏSTƏ ALCAQİN HARİN HƏRƏKƏKƏTİ UCBATİNDAN HƏYATA GOZ YUMUB.uTANMADAN QƏDDARCASİNA OLDURDUKLƏRİ GƏNCƏ BOHTAN ATACAQ DƏRƏCƏDƏ SƏRƏFSİZDİRLƏR BUNLAR. Onlarin qoculuq namərdlik vidiosunu hami izləyib.Guya Rasim bunlara soyus soyub.Ovidio urəkləri daqlayir. Hec kisilikdəndirmi bir nəfərin ustunə qəfildən qarqa quzqun kimi tokulub oluncəyə qədər doymək. Allah bu zulmu yerdə qoymasin. Amin.
dunyasin deyisen jurnaliste rehmet,hebsde olan futbolcuya sebr dileyirem.Bu hadisede Cavidin gunahi olub olmadigini qanun deyecek,cox tesirlidi bu itkiler bir yanda jurnalist o biri yanda futbolcu,son zamanlar Cavidin oyun uslubu menim cox xosuma gelirdi,sanki o ikinci Ardadir
allah komeyi olsun insallah ponatinaykosla oynanan 2 ci goruwde oynayar cunki ev oynunda gozum her yerde onun indi hucuma girib qol vuracagi ani axtardi qebele cavidsiz valla zeifdi
Allah komeyi olsun! Zirvede qalmagi bacarsin! Sebr etmek en boyuk qalibiyyetdir.
cavid ozu dedi ki mehkemede bu qetilde gunahi yoxdu eger senin gunahin heqiqeten yoxdursa onlar bu cinayeti sene demeden ediblerse onlar cezalanmalidir sen yox
Ibrahim bəy bu yazını oxuduqdan sonra sizi həm işinizin peşəkarı həmdə insani keyfiyyətləri olan bir insan kimi xarakterizə etdim.bu məsələ doqurdan IP həvəskarlarına böyük yağlı tikə oldu kişiliy peşəkarlığ insanlığ yaddan çıxdı. Çoxlu IP yığıldı.hər 1 IP-də həm insanlıq öldü həmdə ölkədə nəsli kəsilməkdə olan yaxşı bir futbolçunun sümükləri bir bir ardınca sınmaqa başladı. Gəlin düz danışaq biz ingilis italyan alman və s.deyilik. Biz Azərbaycan Türkləriyik bizimdə özümüzə məxsus xasiyyət və yazılmamış qanunlarımız var(təəsüfki çoxunun yadından çıxıb belə şeylər). Heç kim sübüt edə bilməzki Cavid mərhum
jurnalisti döydürüb( bəzi saytlar ümumiyyətlə öldürdüb deyir). Lap döydürübsədə inanınki öldürmək heç onların ağlındanda keçməyib. Bu yazını oxuyan bəzi həmkarlarınızın kişiliui mənliyi olsa belə yazılardan əl çəkərdilər. Ibrahim bəy sizi bu IP bazarında üzüağ çıxdığınıza görə təbrik edirəm. 1kişi kimi qazanılan IP indiki bazardan qazanılanlardan və sayta bu IP lərə görə verilən yağlı reklamlardan daha xeyirlidi. necə deyərlər ac öl işi öl Ibrahim bey,evvela bu yaziniza gore size xususi teshekkurumu bildirirem...siz peshenizi bir kenara qoyub insani fikirlerinizi qeyd etmisiniz ki,hamisini duz qeyd elemisiz..qaldi ki,bu meseleye,burda bir cinayet var.kiminse heyatina son qoyulub ama burda gunahkar kimdi hele ki,namelumdu...eger gunahkar Caviddise tebii ki,cezasini cekmelidi.bu futbolumuzun itkisi olacagi deqiqdi ama futbolu inkisaf etdirmey lazimdi,hormetli jurnalistler,ip artirmaq ucun cefengiyyat basliqli yazilar derc elemek yox...burda merhum jurnalistin oz gunahi da var,bu o demek deyil ki,derebeylikdi,kim kimi istese doyub oldure biler...qochuluq zemanesi geride qaldi...
İbrahim bey yazınızı oxudu, düşündüm ki, tesirlenmisiz. Men ise başqa cür düşünürem. Bele qatil qehreman kimseye lazım deyil. Merhum deyir ki, mene Cavid zeng vurdu, bibisioğlu da döyüb öldürüb, burada başqa qatil axtarmaq ve ya mehkeme hökmünü gözlemek mentiqsizlikdi. O da melumdur ki, mehkemenin hökmü olmadan kimese cinayetkar demek olmaz. Bezen mehkemenin hökmü edaletsiz de ola bilir. Unutmayın ki, merhumun ailesinin derdi Cavidin derdinden çox defelerle çox ağırdı. Bir az da onlardan yazın. O yazıq, binevalar oğul böyütmemişdiler ki, günlerin birinde nadanın biri onu vurub öldürsün.
Heqiqeten hesneyi bilmemis danismaq duzgun deyil.Cunki o geleceyin seviyyeli futbolcularindan biri idi
Ehhh hansı ədalətdən,hansı dəsdəkdən danışırsınız?bu gün azadlığımızı borclu olduğumuz oğulları sındırıb,yoxa çıxarıblar,əclaflar,əxlaqsızlar ortalıqda kef sürür.Cavidə mən 1 həmvətəni olaraq kəfil olaram ki,o bu işdə günahkar olsa belə azadlığa buraxılsa heç də insanlığa təhlükəli insan olmayacaq,halbuki hal hazırda elə dəhşətli cinayətkarlar azadlıqda gəzirlər ki,əllərinə düşən ilk fürsətdə millətin kökünü kəsməyə hazırdırlar.Allah(c.c) Cavidə və günahsız yerə cəza çəkən bütün dustaqlara kömək olsun,qapılarını açsın.baş vermiş hadisəyə gəldikdə isə,futbol aləmində olan və hadisədən xəbəri olan 1 insandan hadisə haqqında aldığım bilgiyə görə ölən elə ölməli .....imiş.düzdü insan həyatına qəsd qəbul edilməzdi,ama bəzən də ölən elə ölməyə layiq 1i olur.heyif Cavid kimi oğlanlardan ki,vətəninə,bayrağına dəyər verən kimi görürəm 2gün sora ya həbsdə,ya da torpaq altında olduğunu eşidirəm.amma başqasından haram yolla qazanc əldə etmək üçün hər cür şərəfsizliyi etməkdən heç cür çəkinməyənlər isə toy bayram günləri yaşayırlar
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- "Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
- “Neftçi”nin media koordinatoru: “Azarkeşlərimiz bu cür xəbərlərə inanmasınlar”
- Sənə güvəndiyim dağlar...
- “Neftçi” ilə oyunu maraqla gözləyir: “O, “Real”a qalib gəlib”
- "Neftçi" Abu Dabi toplanışına start verdi
- “Dinamo” I və II Liqada yeganə komandadır ki, heç bir maliyyə dəstəyi olmadan bu işləri görür”
- “Araz-Naxçıvan” Elmar Baxşıyevin müqaviləsinə hələ də xitam verməyib
- "Kəpəz" onun transferini açıqladı
- "Neftçi" "Kayrat"ı darmadağın etdi
- “Neftçi”nin yarımmüdafiəçisi Misirə qarşı oynadı
- “Neftçi”nin sabiq müdafiəçisi “Qarabağ”la “Kayrat”ı müqayisə etdi
- "Qarabağ" - "Ayntraxt" oyununun hakimləri müəyyənləşdi
-
19:19
“Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
-
19:04
“Sumqayıt” sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü FOTOLENT VİDEO
-
18:56
Cüdoçularımız Belçikada Olimpiya Təlim Düşərgəsinə qoşulublar
-
18:21
Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”
-
17:35
"Anderlext"də baş məşqçi istefası
-
17:08
“Sumqayıt” - “Zirə” oyunun biletləri satışda
-
16:42
Millimizin Özbəkistanla oyunlar üçün heyəti açıqlandı
-
16:17
Həndbol üzrə ölkə çempionatında V turun oyunları keçirilib
-
15:53
"Qarabağ"ın sabiq futbolçusu I Liqa klubunda
-
15:39
"Şamaxı"nı Malta klubuna dəyişdi
-
15:00
“Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
-
14:44
Boks millimiz ilin ilk təlim-məşq toplanışına start verib
-
14:26
"Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubunda
-
14:08
Cüdo millilərimizdə yeni məşqçi təyinatları
-
13:37
“Neftçi”nin 200-cü “qol silahı”
-
13:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:52
Azərbaycan çempionatları tarixinə düşdü
-
12:40
Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
-
12:21
"Tottenhem" - "Mançester Siti" matçında 4 qol VİDEO
-
12:09
“Neftçi”nin 1030 gün gözlədiyi qələbə
-
11:52
PSJ-dən çətin qələbə VİDEO
-
11:34
"Xankəndi"dən növbəti transfer
-
11:18
"Old Trafford"da dramatik sonluq VİDEO
-
11:06
Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
-
10:43
"İnter" oyunun taleyini ilk hissədə həll etdi VİDEO
-
10:27
"Karvan-Yevlax"dan ayrıldı, "Mingəçevir"ə keçdi
-
10:12
Mbappe "Real"a qələbə qazandırdı VİDEO
-
09:51
Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
-
09:35
"Qalatasaray" "Kayserispor"u darmadağın etdi VİDEO
-
23:14
Zubir "Qarabağ"a qələbə qazandırdı VİDEO
-
22:28
"Qarabağ" yeni transfer edir
-
22:06
Qurban Qurbanov: “Emosiyalara qapılıb etirazımı bir az sərt formada bildirdim”
-
21:49
Kurban Berdıyev: “Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi”
-
20:33
"Qarabağ" və "Neftçi"dən qələbə
-
20:25
Kadi Borges meydana qayıtdı
-
20:12
"Sumqayıt"da gözlənilməz ayrılıq
-
19:51
“Neftçi” 3 xalı 4 qolla qazandı VİDEO
-
18:47
Andrey Demçenko: "Burada qalmağım nəticədən asılıdır"
-
18:30
Yuri Vernidubdan qələbə şərhi
-
02:39
Qurban Qurbanov: “Pley-offa vəsiqəni haqq etdik”
-
02:12
“Qarabağ” üçün pley-offda 2 potensial rəqib: PSJ və...
-
02:04
ÇL: “Qarabağ” pley-offa yüksəldi
-
01:51
"Qarabağ" "Liverpul"a uduzdu
-
23:00
“Liverpul” - “Qarabağ”: Heyətlər açıqlandı
-
18:42
"Şamaxı"da növbəti transfer
-
17:28
“Qəbələ”dən ayrılan futbolçu I Liqa klubunda
-
16:55
Rza Cəfərov: “Mənə daha doğma gəldiyi üçün “Qəbələ”ni seçdim”
-
16:31
"Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib
-
15:19
“Gəncə”nin qələbəsi üçün bütün fədakarlıqlara hazıram”
-
15:04
Sabiq "Sumqayıt"lı I Liqa klubunda
02.02.2026
01.02.2026
29.01.2026
28.01.2026























