12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Aqil Nəbiyev: “Cavid Hüseynovun günahsız olduğuna əminik”

“Cavid Hüseynovu uzun müddətdir tanıyıram. Onun bu məsələdə əli olduğuna inanmıram”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri millimizin sabiq üzvü Aqil Nəbiyev deyib.

Bu gün Apellyasiya Məhkəməsində futbolçu Cavid Hüseynovun şikayətinə baxılıb. Cavid Hüseynova dəstək olmaq üçün məhkəmənin qarşısına toplaşanlardan biri də təcrübəli futbolçu olub.

Nəbiyev sona kimi keçmiş komanda yoldaşına dəstək olacağını bildirib: “Bu gün Cavidə qarşı təzyiqlər də çoxdu. Mən hər kəsdən məsələyə obyektiv yanaşmağı xahiş edirəm. Biz futbolçular Cavidin bu məsələdə günahsız olduğuna əminik. Sona kimi onun yanındayıq. Cavidə dəstək olacağıq”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30