Ölkə futbolu
Cavid Hüseynovun müəllimi danışdı: “Məgər o yiyəsiz idi ki, küçələrdə qalmışdı?”
2 gün əvvəl bir neçə xəbər portalında “Turan”ın keçmiş baş məşqçisi Naci Şensoyun şəxsi feysbuk səhifəsində Cavid Hüseynovla bağlı yazdığı statusu özündə əks etdirən xəbər dərc olunmuşdu. Statusda Naci bəy Cavid Hüseynovun həbsi ilə bağlı fikirlərini bildirməklə yanaşı, futbolçunun onun yetirməsi olduğunu, “Turan”a küçədən gətirdiyini və futbolun sirlərini öyrətdiyini göstərmişdi: “2004/05 mövsümündə Azərbaycanın “Turan” komandasında işlədiyim zaman küçədən tapıb futbolun ilk sirlərini öyrətdiyim və Azərbaycan millisinə qədər yüksəlməsində əməyim keçən Cavid Hüseynovun bu cür duruma düşməsinə çox üzüldüm…”. Bu gün həmin status və statusa əsaslanmış xəbərlə bağlı Respublika İdman Olimpiya Liseyinin tərbiyə işləri üzrə direktor müavini Rəhman Tağıyev bizimlə əlaqə saxlayaraq Naci bəyin Cavidin onun tələbəsi olduğu barədə fikirlərinin yalnış olduğunu bildirdi. Rəhman müəllim uzun illərdir ki, həmin internat məktəbdə çalışır. Neçə-neçə peşəkar idmançının, futbolçunun, o cümlədən Şahin Diniyev, Tərlan Əhmədov, Arif Əsədov və digərlərinin yetişməsində zəhməti olub. Rəhman müəllim Şensoyun fikirlərinə etirazını bildirdi və Cavidin heç də küçədən tapılmadığını və onun tələbəsi olduğunu söylədi: “Cavid bizim məktəbə gələndən 5-ci sinifdə oxuyurdu. Özü də futbolla yox, gimnastika ilə məşğul olurdu. Onun boy-buxunu, istedadını sezib futbol sinfinə keçirmək istədim. Doğrudur, o vaxt gimnastika müəllimi Elxan müəllim buna qarşı çıxdı. Lakin böyük çətinliklə istəyimə nail oldum və Cavid 6-ci sinifdən etibarən futbolla məşğul olmağa başladı. Ağıllı, tərbiyəli, nizam-intizamlı uşaq idi. Məşqlərə və dərslərə ciddi yanaşırdı. 2004-cü ildə başqa bir tələbəm Ramiz Məmmədov məktəbə gəlmişdi və Cavidgilin məşqini izlədi. Onda Cavid 11-ci sinifdə oxuyurdu. Ramiz isə “Turan”da oynayırdı. Cavid Ramizin xoşuna gəldi və onu Naci Şensoyla məsləhətləşərək “Turan”a aparmaq istədiyni bildirdi. Razılaşdıq. “Turan”da bir neçə məşq keçədndən sonra Naci Şensoy onu komandaya götürdü. 2005-ci ilin əvvəlində “Turan”ın təlim-məşq toplanışı zamanı Naci bəylə görüşdük və Cavid haqqında söhbət etdik. Ona bildirdim ki, Cavid şəhid övladıdı, istedadlı futbolçu, tərbiyəli uşaqdı. Cavabında Naci bəy şəhid övladı olduğuna görə Cavidə daha çox diqqət yetirəcəyini söylədi. Sözümün canı odur ki, Şensoy Cavidin bizim məktəbin tələbəsi, müəlliminin isə kim olduğunu bilə-bilə niyə görə onu öz adına çıxarır? Hətta onu küçələrdən komandaya götürdüyünü yazır. Məgər Cavid yiyəsiz idi ki, küçələrdə qalmışdı? Şeynsoyun bu fikirləri mənə çox pis təsir etdi. Ayıb olsun!”
Rəhman müəllimdən Cavidin Kiprdə etdiyi hərəkət və həbsi ilə bağlı da fikirlərini öyrəndim. Təcrübəli pedaqoq həmkarımız Rasim Əliyevin qətlində Cavidin günahı olmadığı fikrindədir: “Cavid Kiprdəki oyundan sonra Bakıya qayıdan kimi onunla əlaqə saxladım, etdiyi hərəkətin səhv olduğunu söylədim. Belə hərəkətlər peşəkar futbolçuya yaraşmayan hərəkətlərdi. Özü də səhv etdiyini anlamışdı. Mənə bizimkilərin Kiprdə hər addım təhqir olunduqlarını, pis münasibətlə üzləşdiklərini bildirdi. Bayrağımızın yandırılması da ona yaman təsir etdişdi. Bu üzdən emosiyalara qapıldığını və istəmədən bu cür jest etdiyini söylədi. Bakıda keçirilən oyundan sonra kiprli jurnalistə qarşı etdiyi hərəkətlə bağlı da söhbətimiz olmuşdu. Heç kimə hörmətsizlik etmədiyini demişdi. Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı isə onu deyə bilərəm ki, bu xəbəri eşidəndə çox üzüldüm. Rasim də bizim balamız idi. Amma onun ölümündə tələbəmin günahkar olduğuna inanmıram. Hadisə baş verib və düşünürəm ki, günahkarlar layiqli cəzasını alacaqlar. Bir məqama da toxunum, Rasimin qətlə yetirilməsində günahkar bilinən Elşən də bizim məktəbin tələbəsi olub. Amma onun müəllimi mən olmamışam və bu üzdən Elşən haqqında nəsə bir söz deyə bilmərəm. Cavid haqqında isə… Yenə də təkrar edirəm, Cavidin günahsız olduğu fikrindəyəm. Çünki Cavidi yaxşı tanıdığımdan onun belə bir hərəkət edəcəyinə inanmıram. Güman ki, Rasimi döyən uşaqlar bunu Cavidin fanatı olduğu və ona xoş gəlmələri üçün ediblər. Sadəcə ağılsızlıqdır».
İlqar TAĞIYEV, “Het-trik news” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























