3 Avqust 2026, Bazar ertəsi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi

Ölkə futbolu

Zaur Svanadze: “Atletik”ə qalib gəlsək, qəhrəmana çevriləcəyik”

Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, gürcü mütəxəssis Bilbaoda keçirilən mətbuat konfransında bunları söyləyib: "Bilbaoda olmaqdan məmnunuq. "Atletik" yaxşı komandadır. Rəqibi analiz etmişik. Komandaların şanslarını faizlə dəyərləndirmək çətindir. Amma biz layiqli oynamağa çalışacağıq. “Atletik”in heyətində yaxşı futbolçular çoxdur. Qələbə qazansaq, qəhrəmana çevriləcəyik. Uduzacağımız halda isə heç kim bizi mühakimə etməyəcək. Pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik. Buna nə dərəcədə gücümüzün çatacağını oyun göstərəcək. “İnter”in maliyyə problemləri var idi. Ümid edirik ki, bundan sonra vəziyyət yaxşıya doğru dəyişəcək. Ötən mövsümkü komandadan hazırda 2-3 futbolçumuz qalıb. Problemlərə baxmayaraq, futbolçularımızın hamısı peşəkardır və onlardan nə gözlənildiyini bilirlər. Buradan yaxşı nəticə ilə qayıtmağa çalışmalıyıq. Bu mövsüm cəmi dörd rəsmi oyun keçirmişik. Halbuki, komanda tam hazırlıq dövrü keçə bilməyib" (azerisport.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31