30 Avqust 2025, Şənbə
Sergen Yalçın yenidən “Beşiktaş”da
Kurban Berdıyevdən qələbə şərhi
İliç: "Qələbə seriyamız bitsə də..."
Santuş millinin heyətini açıqladı

Ölkə futbolu

“Kəpəz”in zədəliləri sıraya dönür

“Kəpəz”in zədəliləri sıraya dönür. Futbolxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, əzələsi dartılan futbolçulardan Budaq Nəsirovla Ceyhun Cavadovun durumu yaxşıdı. Artıq hər iki futbolçu fəal şəkildə məşqlərdə iştirak edə biləcək. Komandanın həkimi Şıxəli Həsənov gənc yarımmüdafiəçilərin müalicə və bərpa prosesinin uğurla keçdiyini bildirib.

“Sarı-göylər”in digər aparıcı futbolçusu Bəxtiyar Soltanovun durumu isə fərqlidir. Həsənovun sözlərinə görə, əzələ yırtığından əziyyət çəkən oyunçu hələ bir müddət komandadan kənarda qalmalı olacaq. Müalicəsi davam etdirilən Soltanovun həftəsonu təkrar müayinədən sonra məşqlərə nə vaxt başlayacağına aydınlıq gələcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31