Ölkə futbolu
Tiflisin rəsmi... YAZI
Qırmızı körpüdən keçib, mərhum sənətkarımız Məhəbbət Kazımovun səsini eşidəndə hiss elədim ki, artıq mənə dollar kimi baxmırlar. O da olsa dərd yarı... Bir əzik-üzük 100 dollarım vardı ki, onu da heç bir bank götürməzdi. Sağ olsun Anar Şabanoğlu Tiflisdə heç bir bankın etməyəcəyini edib, köməyimə çatdı... Nədənsə, səfər təəssüratına sondan başlamalı oldum. Bu isə o deməkdir ki, geri qayıtmaq üçün o qədər səbirsizlənirdim.
Tiflisdə 1-ci dəfə idi ki olurdum. Yəqin ki, bundan sonra məcbur qalmasam, bir daha getmərəm. Vaxtilə mərkəz rolunu oynamış şəhər indi Bakının çölə atılan dırnağı deyil... Bu qədər...
Futbolu bir kənara qoyaq...
Mənim oradakı oyundan yazmaq fikrim yoxdur. Çünki çox yazılıb, çox pozulub. Hələ ki, həmin yazılarda müsbət rəylərə rast gəlməmişəm. Həmin mənfi rəylərə mənim də fikrim müsbətdir. Yaradılan şəraitin, edilən transferlərin qarşılığında hazırkı mənzərə ürəkağrıdıcıdır. Futbolu bir kənara qoyub deyim ki, “Qəbələ” şəhərin ən yaxşı otelində qalırdı. Jurnalistlər üçün də yaradılan şərait yaxşı idi. Buna görə məncə, hər bizimizin “Qəbələ”yə təşəkkür borcumuz var.
Özümüzəməxsus cığırlarla...
Qırmızı körpünü keçdikdən sonra göz işlədikcə uzanan Azərbaycan torpaqları salamlayır səni... Gürcü nömrələri daşıyan maşınlardan ucalan Azərbaycan sədaları deyir ki, bu torpaqlar bizim olub, bizimdir... Tariximizdir... Həmin mənzərə eyni zamanda, bir həqiqəti əks etdirir: Oradakı evlər, ətraf mühit insanda soydaşlarımızın yaşayı barədə bir qeydlər kitabçası verir. Orada həyat olduqca ağırdır... Bu sükutu Rustavi bazarındakı maşınların qiymətinin müzakirəsi pozduqdan sonra Tiflisin iyi gəlir. Daşqından sonra uçulan bəndlər yolların qısaldılması ilə nəticələnib. Ona görə də tıxaclar yaranır. Açığı, Bakıdakı tıxaclar qədər uzun və bezdirici olmasa da, Avropa Oyunları zamanı olan sakitlikdən sonra kiçik tıxaclara dözmək də böyük səbr tələb edirdi. Bir sözlə, həmin tıxac bir növ bizi sabahın Bakısı üçün hazırlayırdı.
Təsəvvür və gördüklərim...
Tiflisə daxil olduqdan sonra vaxt itirməyə vaxtımız yox idi. Çünki mətbuat konfransı üçün tələsirdik. Odur ki, ən dolğun variant fikirləşib, bir taksini qabağa saldıq. Məni irəli verib, taksiyə otuzdurdular. Taksi sürücüsü ilə söhbətə başlayana qədər 15 dəqiqə öncə Tiflisin girişində bir nəfərlə Azərbaycan dilindəki qırıq-qırıq dialoqumuzu fikirləşdim. Qənaətə gəldim ki, bu gürcü deyil. Gürcü olduğuna əmin olduqdan sonra söhbətə başladığım taksi sürcüsünün isə Bakı barədə təsəvvürləri xanımının dedikləri əsasında formalaşıb. “Bakı o qədər inkişaf edib ki, artıq hər gün sizdən xəbərlər alırıq. Tiflis isə geridədir. Siz hardasız, biz harda...” cümlələrini eşitmək əslində xalqımızın timsalında mənim qələbəm idi. Deyir ki, günüm taksi sürməklə keçir. Futbol, ictimai həyat, mənlik deyil... Hətta ona tarixi Dinamo da lazım deyildi...
Anar Şabanoğlu və Elşən Məmmədovla ayrı-ayrı vaxtlarda istifadə etdiyimiz taksi sürücülərinin də dünya ilə əlaqələri yox idi.
Bir dayının benefisi!
Qismət belə gətirdi ki, oyun günü şəhəri daha təcrübəli həmkarlarım Anar Şabanoğlu və Elşən Məmmədovla gəzdim. Elşən Məmmədovla tanışlığım bir neçə il bundan öncəyə təsadüf edir. Onunla bir neçə səfərdə də olmuşuq. Anar Şabanoğlu isə mənim üçün sirli qutu idi. Həmin sirli qutudan isə xoş mənada surprizlər çıxdı. Çox təmkinli, səbrli, savadlı, yerini bilən və ən əsası mərd insandı... Düşünürəm ki, bu trio Tiflisin onsuz da vahid olan baxımlı küçəsini - Rustavelini lazımınca araşdırdı... Alış-veriş də oldu, qaraçılarla rastlaşmaq da, yemək də, içmək də... Kimin üçün nəyin daha çox yaddaqalan olduğunu bilmirəm, mənim üçün ən maraqlısı kobud dildə desək bomjluğa doğru iri addımlarla irəliləyən, gözləri qan qoymuş, sol qolu dirsəkdən kəsilmiş bir gürcü ilə dialoq daha yaddaqalandır və düşünürəm ki, heç vaxt unutmayacağam. Taxta stolları olan və rus dilində bəlkə də ən yaxşı danışan xoş görünüşlü gürcü qızının işlədiyi kafenin kandarında oturmuşdu nurani... Bəli, nurani... Gözü tox təsir bağışlasa da, “gözləri mənim üçün də alın” deyirdi. Gözlər yalan söyləməz prinsipi ilə oturub-durduq və onu qonaq etdik. Çox məmnun idi. Rustavelidən danışıb, Nizami Gəncəviyə keçdi... Nədənsə, Bakıdan Aşqabada qatarın işləyib-işləmədiyini soruşdu... Bakıdakı dostlarını xatırladı.. Və dedi ki, sizin timsalınızda mənim Azərbaycanla bağlı paslanmış xatirələrim təzələndi.. Unutmayacam sizi deyib, bizi yola saldı...
Stadiona qayıdış...
Rustaveli ilə vidalaşıb bazarda vaxt öldürdükdən sonra stadion tərəfə gəldik. Gəldik gördük ki, aləm qarışıb... azarkeşlərlə stadionun yaxınlğındakı kafeni işlədənlər arasında insident yaşandı. Bir az sonra əraziyə 3 polis işçisi gəldi. Cəmi 3 polis işçisi. Maraqlıdır ki, onlar gələn kimi heç kimi maşına basıb aparmadılar.. Vəziyyəti araşdırıb, aranı sakitləşdirib çıxıb getdilər.. Sonradan eşitdim ki, həmin ərəfədə qarşı tərəfdə Bakıdan gedən azarkeşlərlə “Dinamo”nun fanatları arasında insident yaşanıb. Təəssüf ki, məlum hadisələr yaşanıb. Sözsüz ki, məsələ ilə bağlı mövqeyim çox mənfidir. Həmin hərəkətlər bir insanın mənə görə cılızlığını göstərən faktorlardır. Biz o bayrağın hər rəngi üçün başımızı verməyə hazır olmalıyıq, hazırıq da... Qanla qazanılan bayrağı, canımızla qorumalıyıq... Sözsüz ki, 4 nəfərin üstünə qoşunla gəlmək kişi işi deyil.. Mən Gürcüstanda görüşdüyüm qardaşlarımızın hər bir gürcünün öhdəsindən gələcəyinə əminəm... Amma güclər nisbəti misilsiz fərqli olanda insan sadəcə mübarizə aparır.. Əslində, ən çətin vəziyyətdə mübarizə aparmağın özü də böyük qələbədir ki, uşaqlar bunu ediblər...
Amma Gürcüstanın ən böyük stadionu yenə üçrəngli bayrağımızın əzəmətinə şahidlik etdi. Mən, eləcə də digər jurnalistlər matçın başlanmasına 1 saat qalmış stadiona bayraq gətirdik, onu oyun boyu, eləcə də oyunsonrası mətbuat konfarnsında dalğalandırdıq.. Həmişə də dalğalandıracağıq.. Əbədiyyən...
Sevgilərlə Elgiz Abbasov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























