24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

“Qarabağ”ın rəqibini yaxından tanıyaq: “Rudar” 2 dəfə ermənilərlə qarşılaşıb

“Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Çernoqoriya çempionu “Rudar”la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, “Rudar” Plevlya şəhərini təmsil edir. Komandanın əsası 1920-ci ildə qoyulub. “Rudar” ev oyunlarını 10 min tamaşaçı tutumuna malik olan “Qradski” stadionunda keçirir. Komandanı Nikola Rakeyeviç çalışdırır. UEFA reyqtinqində 338-ci olan “Rudar” ev oyunlarında göy, səfər matçlarında isə ağ formada çıxış edir.

Bayaq da qeyd etdiyimiz kimi, “Rudar”ın əsası 1920-ci ildə qoyulub. Komanda indiki adını 1955-ci ildə alıb.  

“Rudar” ilk dəfə 2009/10 mövsümündə ölkə çempionu olub. Son mövsümdə isə komanda tarixi ərzində ikinci dəfə qızıl medallara sahib çıxıb. “Rudar” həm də 3 dəfə (2007, 2010, 2011) Çernoqoriya kubokunu qazanıb.

2011-ci ildə Çempionlar Liqasında debüt edən “Rudar” ilk mərhələni uğurla adlasa da, ikinci turda Bolqarıstan çempionu “Liteks”ə hər iki oyunda uduzub - 0:4; 0:1.

Avroliqada 4 dəfə iştirak edən “Rudar” cəmi 1 dəfə mərhələ adlayıb. Çernoqoriya təmsilçisi 2013-14 mövsümündə Ermənistan təmsilçisi “Mika”nı mübarizədən kənarlaşdırsa da, ikinci mərhələdə “Şlensk”ə (Polşa) uduzub. Maraqlıdır ki, 2012-13 mövsümündə də “Rudar” Ermənistan klubu ilə qarşılaşıb (“Şirak”) və mərhələ adlaya bilməyib.

Son mövsümdə “Rudar”ən heyətində cəmi 6 əcnəbi çıxıb edib: 3 bosniyalı, 2 serb və 1 yapon futbolçu. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31