4 Mart 2026, Çərşənbə
"Zirə" ilk yarımfinalçı oldu
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik

Ölkə futbolu

“Xəzər Lənkəran”ın yeni baş məşqçisinin adı məlum oldu

Növbəti mövsümdə iddialı olmağı hədəfləyən “Xəzər Lənkəran” baş məşqçi postunda dəyişiklik edib. Futbolxeber.az-ın məlumatına görə, cənub təmsilçisinin rəhbərliyi komandanın “sükanı arxası”na klubun idman direktoru Yunis Hüseynovu gətirib. Bu haqda apasport.az saytı xəbər yayıb. Qeyd olunur ki, baş məşqçi postunu tərk edən Elbrus Məmmədov isə əvvəlki işinə qaytarılıb. O, vaxtilə çalışdığı kimi, yenə “Xəzər Lənkəran”ın əvəzedici komandasına rəhbərlik edəcək.

“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Futbolxeber.az saytına açıqlamasında qeyd edib ki, klub rəhbərliyi tərəfindən hələlik bu xəbərlə bağlı mətbuat departamentinə heç bir məlumat verilməyib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31