3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

Ənənə davam etdi: “Bakı” və “Qarabağ” kubokda üz-üzə gəlirsə...

“Qarabağ”ın ölkə kubokuna sahib çıxması ilə Azərbaycan kubokundakı maraqlı ənənə davam edib. Futbolxeber.az-ın məlumatına görə, hələ ötən il dekabrında saytımızda “Ölkə kubokunu ya “Bakı” qazanacaq, ya da “Qarabağ”! başlıqlı xəbər getmişdi (http://www.futbolxeber.az/news/country/18300). Orada qeyd olunmuşdu ki, Azərbaycan kubokunun 1/4 finalında “Bakı” “Qarabağ”la üz-üzə gələcək. Bu komandaların kubokdakı mübarizəsində maraqlı məqam diqqət çəkir. Belə ki, paytaxt klubu “Bakı” adı ilə mübarizəyə başladığı 2004/2005 mövsümündən etibarən bu 2 komanda kubokda üz-üzə gəldiyi zaman, sonda turnirin qalibi də məhz bu iki kollektivdən biri olur.

İlk belə hal 2005-2006 mövsümündə yaşanıb. Həmin vaxt “Bakı” və “Qarabağ” 1/4 finalda üz-üzə gəliblər. İki oyunun nəticəsinə görə 3:2 hesabı ilə qalib gələn “Qarabağ” sonda kuboku başı üzərinə qaldırıb.

2008-2009 mövsümündə “Bakı” və “Qarabağ” yarımfinalda qarşılaşıblar. Hər iki matçda 2:1 hesablı qələbəyə sevinən “Qarabağ” finalda da qalib gəlib.

2011-2012 mövsümündə də tərəflər finalın bir addımlığında qarşılaşıblar. Hər iki komanda səfərdə 1:0 hesablı qələbəyə sevindiyindən qalibi penaltilər seriyası aşkarlayıb. Burada dəqiqə oynayan “Bakı” (5:4) finala vəsiqə qazanıb. Həlledici oyunda “Neftçi”ni 2:0 hesabı ilə üstələyən “Bakı”, tarixində üçüncü dəfə kuboku başı üzərinə qaldırıb.

Bu dəfə “Bakı” və “Qarabağ” 1/4 finalda qarşılaşdı. Hər iki oyunda sevinən Ağdam klubu (3:0 və 4:1) yekunda da kuboka sahib çıxdı.  

Göründüyü kimi, “Qarabağ” və “Bakı” 4 dəfə kubokda qarşılaşıblar və həmin mövsümlərdə kubokunun qalibi bu iki komandadan biri olub. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31