31 Oktyabr 2025, Cümə
"Kəpəz" 10 min manat cərimələndi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”

Ölkə futbolu

“Sumqayıt”da yeni rekordçu

Azərbaycan Premyer Liqasının 36-cı turunun “İnter”lə qarşılaşmasında (3:1) dubla imza atan Məhəmməd Qurbanov klubun tarixinə düşüb. Futbolxeber.az-ın məlumatına görə, o, “Gənclik şəhəri” təmsilçisinin ölkə çempionatları tarixində ən yaxşı bombardiri adına yiyələnib. Qurbanov sumqayıtlıların heyətində 18-ci çempionat qolunu vurmaqla, klubun mütləq rekordçusuna çevrilib. Mövsümün son oyunu ərəfəsində rekord iki oyunçuya məxsus idi. Pərdis Fərcad-Azad və Məhəmməd Qurbanov hərəyə 16 qol vurmuşdu. Son görüşdə Fərcad 1, Məhəmməd 2 dəfə fərqlənib.

Beləliklə, klub tarixinin ən məhsuldar oyunçusu ünvanı 43 oyunda 18 dəfə fərqlənən Qurbanova keçib. 59 matçda 17 dəfə fərqlənən Pərdis 2-ci, 70 qarşılaşmada 14 dəfə rəqib qapısına yol tapan Orxan Əliyev 3-cü pillədə qərarlaşıb.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31