3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

2014/15 mövsümü: 143 oyun, 351 qol

Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda mövsümün 350-ci qolu vurulub. Futbolxeber.az-ın məlumatına görə, yubiley qoluna “Neftçi”nin futbolçusu Elşən Abdullayev imza atıb. O, AZAL-la paytaxt derbisində hesabı açmaqla buna nail olub. Həmin qarşılaşmada Nicat Qurbanovun vurduğu top isə mövsümdə sonuncu olub.

Mövsümün ilk qolunu 2014-cü il avqustun 9-da “Xəzər Lənkəran”da çıxış edən Rauf Əliyev AZAL-ın qapısına vurmuşdusa, sonuncu topu paytaxt təmsilçisinin özü rəqib qapısından keçirib.

351 qolun vurulduğu çempionatın orta məhsuldarlığı 2,45-ə bərabər olub.

Bu qollardan 206-nı meydan sahibləri, 145-ni qonaqlar vurub. İlk yarıda 175, fasilədən sonra 176 qol qeydə alınıb. Meydan sahibləri hər iki hissədə üstün olub - 104:71, 102:74.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28