Ölkə futbolu
Əmrah Çəlikəl: “Elə komanda yaratmaq istəyirik ki, həmişə çempion olsun”
Premyer Liqanın 34-cü turunda “Sumqayıt”a qalib gələrək (1:0) çempionluğunu rəsmiləşdirən “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Komandanız tarixində 3-cü dəfə Azərbaycan çempionu oldu. Hansı hissləri keçirirsiniz?
- Çempionluq gözəl duyğudur. Sevinirik ki, əziyyətimiz hədər getmədi. Biz çempionluğu çox istədik və bunun üçün xeyli işlədik. Başda Qurban Qurbanov olmaqla bütün komandamızı təbrik edirəm.
- "Qızıl dubl" haqda düşünürsünüz?
- "Qızıl dubl" haqda indidən danışmaq tezdir. Sadəcə, kubokun finalında sübut etməliyik ki, bu uğur təsadüfi deyil. Bunun üçün çalışmağımız lazımdır. Mən "Qarabağ"ı ürəkdən dəstəkləyən hər kəsə təşəkkürümü bildirir, təbriklərimi çatdırıram.
- Paralel oynanılan "Qəbələ" - "İnter" qarşılaşmasını da izləyirdiniz?
- Əlbəttə, çox böyük həyəcan yaşadıq. Həqiqətən də bu gün yaşadığım həyəcanı ötən il yaşamamışdım. Bir gözümüz Qəbələdə, biri də oyunda idi. Bilmirdik ki, hansı matçı izləyək. Ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik edirəm.
- Çempionluqdan sonra komandanızda “Neftçi” ilə kubokun final matçında hardasa rahatlıq yarana bilər...
- Bizim komandamızda böyük nizam-intizam, böyük sistem var. Baş məşqçimizə bağlılıq var. Bu bağlılıq həm rəhbərlik, həm də futbolçular tərəfindəndir. İnanıram ki, bu da öz bəhrəsini verəcək və "Neftçi" ilə oyunda nəticəsini görəcəyik. Bu gün kubok oyunu haqda danışsam, böyük səhvə yol vermiş olaram. Çünki biz bu gün çempion olmuşuq, hamımız çox xoşbəxtik. Sabahdan isə kubokun final oyunu üçün hazırlaşan komanda olacağıq. Həmin oyundan sonra həm kubokun, həm də çempionatın lideri olduğumuzu sübut edib, qələbəmizi qeyd etməliyik.
- Bu il "Qarabağ"dan gözləntilər daha da artacaq. Hamı avrokuboklarda ən azı ötənilki uğurunuzu təkrarlamağınızı istəyəcək.
- Biz bunu dərk edirik. Əlbəttə, uğurlarımızı təkrarlayıb daha da irəli getmək bizim ən böyük istəyimizdir. Bunun üçün uğurlu transferlər etməyə və komandanı daha da yaxşı vəziyyətə gətirməyə çalışacağıq. Məqsədimiz bizdən gözləniləni artıqlaması ilə verməkdir.
- Bütün futbolçular deyir ki, keçənilki çempionluq daha şirin idi. Ancaq siz bu il daha çox həyəcanlandığınızı dediniz.
- Ötən 21 illik fasilədən sonra gələn çempionluq idi. Futbolçular isə “Qarabağ”da ilk çempionluğunu yaşayırdılar. Hər şeyin birincisinin dadı başqadır. Necə deyərlər o, bizim səkkiz illik əməyimizin bəhrəsi idi. Biz həmişə deyirdik ki, cəmi bir dəfə çempionluqla kifayətlənmək istəmirik. Biz elə bir komanda yaratmaq istəyirik ki, həmişə çempion olsun. Bu il Qurban Qurbanov düzgün yolda olduğumuzu sübut etdi. Ona inanmaqla düzgün qərar vermişik. Bugünkü uğurumuzda əsas pay sahibi Qurban müəllim və onun komandasıdır. Mən onları ürəkdən təbrik edir, bağrıma basıram. Kubokun finalında da biz layiqli oyunla layiqli nəticə qazanıb, avrokuboklarda Azərbaycanı ən yüksək səviyyədə təmsil edəcəyik.
- “Qarabağ” növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Bununla bağlı komandada hansısa tədbirlər görülür? Transferlərlə bağlı işlərə başlamısınız?
- Bizdə həmişə iş gedir. Ən cətin məqamda da gələcəyə dair işlərimizi buraxmırıq. Ancaq bunun mətbuata sızan və sızmayan hissəsi var. Qurban müəllim çox işləyən, işini sevən insandır. Ancaq biz bunu bəlli bir proqrama daxil etməliyik. Bu gün çempion olmaq istəyən yerdə transferlərimizdən danışmamalıyıq. Ancaq bu o demək deyil ki, transferlərlə bağlı iş getmir.Artıq çempionuq və Çempionlar liqasında daha yaxşı mübarizə aparmaq üçün maraqlandığımız futbolçular var. Son qərar Qurban Qurbanovundur. Onun istədiyi futbolçuları heyətimizə qatmağa çalışacağıq.
Mənbə: Qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
12.11.2026
11.11.2026
10.11.2026
























