Ölkə futbolu
Hamımızın komandası olmağa layiq deyilmi, "Qarabağ"?
Qətərin məşhur "Əl Cəzirə" telekanalının türkcə internet portalında "Qarabağ" klubu haqda yazı dərc olunub. Futbolxeber.az-ın məlumatına görə, “Əl Cəzirə Türkiyə”nin idman redaktoru Barış Kuyucu Qarabağ və "Qarabağ" klubu haqqında yazı hazırlayıb.
Yazını olduğu kimi təqdim edirik:
“Bir çox futbolsevərlər onları ötən il Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"nə qarşı oyundan sonra tanımağa başladı. Hansı ki, "Qarabağ"ın həmin matçda qaydalar çərçivəsində vurduğu qol hakim tərəfindən qeydə alınmadı və komanda ədalətsiz şəkildə Avroliqada mübarizəni dayandırdı. Ancaq "Qarabağ"ın hekəyəsi daha əvvəllərə gedib çıxır. Bu, acılarla dolu ancaq uğurları ilə də ilhamverici bir hekayədir.
"Qarabağ" təmsil etdiyi Ağdam şəhərinin işğal olunduğu 1993-cü ildə həm ölkə çempionluğunu, həm də kuboku qazandı. "Qaçqınlar" ləqəbli "Qarabağ" Azərbaycan çempionluğunu qazanan ilk bölgə klubu oldu. Ancaq Ağdam camaatı bunun sevincini belə yaşaya bilmədi. Çünki müharibə bütün xöşbəxtliyi onların əlindən almışdı.
Müharibə nəticəsində "Qarabağ"ın ev oyunlarını keçirdiyi “İmarət” stadionu tamamilə dağıldı. 55 illik klub şəhərsiz və stadionsuz qaldı. Yaşanan bütün çətinliklərə baxmayaraq, klub ölkə çempionatında bir dəfə də olsun çıxışını dayandırmadı.
2001-ci ildə "Azərsun Holdinq" "Qarabağ"ı himayəsinə götürdü. Bu sponsorluq "Qarabağ"ın taleyini dəyişdirdi. Klubun aşağı yaş qrupları yaradıldı və bu işlərə xeyli vəsait sərf olundu. "Qarabağ"a Azərbaycan cəmiyyətinin hissiyatını anlayabilən insanlar dəvət olundu. Bu addımlardan ən önəmlisi Serpil Hamdi Tüzün kimi futbol adamının kluba gətirilməsi oldu. "Beşiktaş"ın aşağı yaş qruplarına rəhbərlik edərkən Mətin Təkin, Fəyyaz Uçar, Əli Gültikən və Sərgən Yalçın kimi saysız istedadları türk futboluna qazandıran Serpil Hamdi 2004-cü ildən etibarət "Qarabağ" üçün yeni futbolçular yetişdirməyə başladı.
Komandanın şansı onda gətirdi ki, kluba 1990-ci illərdə Azərbaycanda yaşayan ankaralı bir iş adamı olan Tahir Gözəl rəhbərlik etməyə başladı.
"Məqsədimiz çempionluqdan daha çox hər kəsin sevdiyi və azarkeşlik etdiyi bir klub olmaqdır" deyən T.Gözəl azərbaycanlıların Qarabağ acısını bu komandanın uğruları ilə qismən də olsa unutdurmağa çalışdıqlarını hər zaman bəyan edir.
2008-ci ildə Azərbaycan millisinin bombardiri Qurban Qurbanov "Qarabağ"a baş məşqçi təyin olundu. Qurbanov ötən mövsüm komandaya 21 illik fasilədən sonra ikinci çempionluğu yaşatdı. Cari mövsüm isə komanda üçüncü çempionluğa çox yaxındır.
Ötən həftə Azərbaycan derbisində əzəli rəqibi "Neftçi"ni 3:2 hesabı ilə məğlub edən Ağdam klubu liderliyini möhkəmləndirdi. Həmin matçı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə birgə izləmək şansı qazandım. Xorvatiyalı mütəxəssis də dedi ki, "Qarabağ" Azərbaycan çempionatı səviyyəsindən daha üstün futbol oynayır. Bir vaxtlar "Real" və "Barselona"nın şərəfini qorumuş Prosineçki bildirdi: "Qarabağ"dakı kollektiv oyun Azərbaycanda heç bir komandada yoxdur. Ölkə futbolunun səviyyəsini yüksəldirlər, milli komandaya oyunçular yetişdirirlər. Bu uğurları qiymətləndirməmək olmaz".
Artıq 22 ildir bütün oyunlarını yad stadionlarda oynayan köklü klubun bu çətinliklərinə yaxın vaxtlarda son qoyulacaq . "Azərsun Holdinq"in "Qarabağ" üçün inşa etdirdiyi yeni stadion iyun ayında hazır olacq. Artıq Avropa standartlarına cavab verən baza komandanın xidmətindədir.
Bu komanda yaşadıqlarıyla, uğurlarıyla, prezidentiylə özünü sevdirir. Türkiyə superliqasındakı gərginlikdən bezən futbolsevərlər artıq "Qarabağ"a da diqqət yetirə bilərlər. Mənim, sizin, hamımızın komandası olmağa layiq deyilmi, "Qarabağ"?
Mənbə: Qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
12.11.2026
11.11.2026
10.11.2026
























