12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Jaba: “Hafiz Məmmədov deyib ki, narahat olmayın...”

“Bakı”nın hücumçusu Jaba Futbolxeber.az saytına müsahibə verib.

- Hazırda “Bakı”da vəziyyət necədir?

- İndi bütün fikrimizi qarşıdakı oyuna yönəltmişik. Məşqlərdə tam gücümüzlə çalışırıq. Qarşıda “Xəzər Lənkəran”la vacib oyunumuz var. Həmin oyuna hazırlaşırıq. Məqsədimiz də həmin oyunda qələbə qazanmaqdır.

- Hazırda “Bakı” kimi “Xəzər Lənkəran”ın da heyəti əsasən gənclərdən qurulub. Bu məqam qələbəyə olan ümidinizi daha da artırır?

- “Xəzər Lənkəran” da zəif komanda deyil. Ona görə də oyun çətin keçəcək. Rəqibə hörmətlə yanaşırıq. Lakin biz meydan sahibiyik və azarkeşlərimizi sevindirmək istəyirik.

- Son turlarda ehtiyatda qalmağının səbəbi nədir?

- Xəstələnmişdim. 4 gün məşqlərdən kənarda qaldım. Meydana çıxmağa hazır deyildim, ona görə baş məşqçidən özüm xahiş etdim ki, məni meydana buraxmasın. İndi hər şey qaydasındadı. Heç bir problem yoxdu.

- Amma bəziləri iddia edir ki, maddi məsələləri önə çəkərək oynamaq istəmirsən…

- Yox, yalan söhbətdi. Elə bir şey yoxdu. Pul olmasaydı, ya da hazırki durumumdan narazı olsaydım indi Bakıda yox, Braziliyada olardım.

- Baş məşqçi İbrahim Uzunca ilə münasibətin necədir?

- Yaxşıdı. Bir-birimizi anlayırıq. Heç bir problemimiz yoxdur.

- Bəs, klubun icraçı direktoru Yaşar Seyidovla İbrahim Uzunca arasındakı problem haqda hansı fikirdəsən?

- Bu, mənə aid sualı deyil. Öz işləridir,

- “Bakı”nın hazırki heyətini, komandanın əsasənı təşkil edən gənclərin çıxışı ürəyincədirmi?

- “Bakı”da istedadlı gənclər var. Növbəti mövsümdə “Bakı” yaxşı oynayacaq. Bu il təcrübə toplayırlar. Gələn il isə daha yüksək səviyyəli oyun sərgiləyəcəklər.

- Gələn il səni də komandada görə biləcəyik?

- Bunu indidən dəqiq söyləmək olmaz. Düzünü demək lazımdı. Hər şey maddi durumdan asılıdır. Əgər vəziyyət düzəlsə, böyük məmuniyyətlə “Bakı”da qalacağam.

- Klubun prezidenti Hafiz Məmmədov gələcəklə bağlı hansı fikirdədir?

- Hafiz bəy deyib ki, narahat olmayın. Kənardan kim nə deyir bilmirəm, ancaq mən pulumu alıram. Ona görə də oynamağıma davam edirəm. Komandanın uğuru üçün də əlimdən gələni edirəm.

- Jaba, daha əvvəllər də Azərbaycan Premyer Liqasında oynamısan. Çoxları deyir ki, əvvəlki illərə baxanda hazırda çempionatın səviyyəsi aşağı düşüb. Bu fikirlə razısan?

- Əvvəl iddialı komandaların sayı çox idi. “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Qəbələ”, “Neftçi”, “Qarabağ” çempionluq uğrunda mübarizə aparırdı. İndi isə “Qarabağ” rahat şəkildə çempionluğa doğru gedir. Azca onlara “İnter” müqavimət göstərir. Qalanları isə çox geri qalır. Sanki bir durğunluq yaşanır. Bu gün Azərbaycan “Qarabağ”a rəqib yoxdu.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30