Ölkə futbolu
Yaşar Seyidov illər öncəki fədakarlığından, Fazil Mustafanın Lənkəran futbolu üçün ricasından danışdı
“Bakı”nın icraçı direktoru Yaşar Seyidov keçmişdə klubun yaşaması üçün etdiyi fədakarlıqdan danışıb. Futbolxeber.az-ın məlumatına görə, Seyidov 2000-ci ildə "Bakı"nın xələfi olan "Dinamo"nun ölkə çempionatında iştirakı naminə üzvlük haqqını ödəmək üçün xanımının cehiz gətirdiyi xalçanı satmaq məcburiyyətində qalıb. İllər sonra həmin xalçanı geri qaytarmaq üçün Xalçaçılıq Muzeyinə üz tutan Seyidova deyiblər ki, xalçanı heç 500 min avro qarşılığında da qaytara bilməz.
Məsələ ilə bağlı "Futbol+" qəzetinə danışan Seyidov faktı təsdiqləyib: "Həmin illərdə nəinki xalçanı, hətta komandanın yaşaması üçün "Nərimanov" metrosunun yanında olan 3 otaqlı mənzilimi də satmaq məcburiyyətində qaldım. Həmin evi bu gün yenidən almaq istədikdə məndən 200 min dollar istədilər. O ki qaldı xalça məsələsinə, həmin hadisə 2000-ci ildə yaşanıb. "Dinamo"nun çətin vaxtları idi. Komanda pulsuzluqdan əziyyət çəkirdi. Çempionatın startına az qalırdı. Amma üzvlük haqqı ödəməmişdik. Bu problemi aradan qaldırmaq üçün qaynanamın həyat yoldaşıma verdiyi cehizliyi - qədim tarixə malik xalçanı satmaq qərarına gəldim. Açığı, bu ideyanı mənə xanımım verdi. O, görürdü ki, "Dinamo"nun taleyilə bağlı necə iztirab keçirirəm. Xalçanı götürüb, Xalçaçılıq Muzeyinə yollandıq. Mütəxəssislər xalçaya baxıb mənə 20 min manat verdilər. Həmin pulla həm "Dinamo", həm də həmin ərəfədə birinci dəstədə çıxış edən Lənkəran "Şiləvar"ı üçün üzvlük haqqı ödədim. 10 min manat "Dinamo", 7 min manat "Şiləvar" üçün AFFA-nın hesabına pul köçürdüm. Həmin vaxt "Şiləvar"da olan insanların bəzisi indi "Xəzər Lənkəran"da çalışır. İstəsəz, onlardan da soruşa bilərsiz. "Şilavar"a kömək etməyi isə məndən millət vəkili Fazil Mustafa xahiş etmişdi. Fazil bəy onda deputat deyildi. Aramızda dostluq münasibəti var idi. Onunla tez-tez Səttarxan adına zavodun stadionunda bir komandanın tərkibində futbol oynayırdıq. Futbola sevgi səbəbindən məndən belə xahişdə bulunmuşdu. 17 mini üzvlük haqqı üçün ödədim, qalan pula isə demək olar ki, mövsümü yola verdik.
Həmin xalça 14-cü əsrin əl işləməsidi. Səfəvilərin dövrünə aid edilir. Bu haqda mənə muzeydə bildirdilər. Onu da dedilər ki, tarixi eksponat kimi dəyərsizdi. Yoldaşımın ulu babalarından biri Şeyx Şamilin müridlərindən olub. Xalçanı da o əldə edib. Həmin nəslin nümayəndələri Qusar yaxınlığında "Qanlı dərə" deyilən yerdə ermənilərə qarşı da vuruşublar. Xalçanı satmağım qohum-əqrəba arasında da söz-söhbətə səbəb oldu. Çünki çoxlarının o xalçada gözü var idi. Ancaq bizim qismətimizə düşmüşdü. Çox istərdim ki, həmin xalçanı yenidən geri qaytarım və nəsildən-nəslə ötürüm".
Mənbə: Komanda.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
16:43
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
12.11.2026
11.11.2026
10.11.2026
























