Ölkə futbolu
“Şəmkir” Azərbaycan futboluna yeni güc gətirəcək”
Futbol üzrə birinci divizionda çıxış edən “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayev eyniadlı rayonda jurnalistlərin suallarına cavab verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir.
- Son turlar stabil çıxış edən “Şəmkir”in oyunu barədə fikrinizi öyrənmək istərdik. Futbolçuların hazırlığından razısınızmı?
- Komandada çatışmayan cəhətlər çoxdur. Bununla belə “Şəmkir” “Zirə”, “Neftçala”ya qarşı yaxşı oynadı. “Rəvan” və “Şuşa” ilə bir qədər zəif çıxış etdik. “Rəvan”la matçda hakim səhvi olsa belə futbolçulardan razı qaldım. Əzmkar mübarizə sərgilədilər. Bəzi oyunlarda müdafiədə səhvlər edirik. İndi əsas məqsəd mövsümün son oyunlarında yaxşı nəticə qazanmaqdır. Qalan matçlarda daha çox xal toplamalıyıq.
- Heyətdə gənc futbolçularınız çoxluq təşkil edir. Həmin futbolçuları yeni mövsümdə də “Şəmkir”də görəcəyik?
- Gənclərə şans verməklə onların potensialının üzə çıxmasına kömək oluruq. Ümidləri doğruldan futbolçular hər zaman “Şəmkir”də olacaq. Bu gün Qərib və Orxan Məmmədovlar, Rövşən Əmiraslanov kimi təcrübəli futbolçular bizimlədir. Təcrübəli futbolçularla gənclərin birgə güclü heyətini formalaşdırmağa çalışırıq. İndi gördüyünüz “Şəmkir” istədiyim komandanın 45%-idir.
- Deməli, yeni mövsümdə hədəflər artacaq?
- Yeni mövsümdə heyət güclənəcək. Komandaya bir neçə təcrübəli futbolçular dəvət olunacaq. Məqsəd birinci divizionu mükafatçılar sırasında başa vurmaq olacaq. Bu hədəfə çatmaq asan olmayacaq. Amma biz yüksək hədəflər uğrunda mübarizə aparmağa hazır olacayıq. “Şəmkir”in tezliklə premyer liqaya qayıtması üçün çalışacağıq. Bu komandanın böyük tarixi, çoxlu sayda azarkeşi var. Əminəm ki, “Şəmkir” Azərbaycan futboluna yeni güc gətirəcək. Biz hər bir işi sistemli görmək istəyirik. Premyer liqaya qayıtmazdan əvvəl orada mübarizə aparmağa hazır olmalıyıq.
- Heyətdə böyük dəyişiklik olacaq?
- Əksər futbolçular saxlayacayıq. Bəziləriylə vidalaşıb, onların əvəzinə daha yaxşı oyunçular dəvət olunacaq. 1992-1993-cü il təvəllüdlü gəncləri heyətdə saxlamaq barədə düşünürük. Lakin bir qədər güclənmək də vacibdir.
- Birinci divizionda sizi qane etməyən nədir?
- Maraqlı oyunlar olur. Komandalarımız yaxşı mübarizə sərgiləyir. Lakin bəzi səfər matçlarında meydanın pis vəziyyətdə olması acınacaqlıdır. “Bakılı”, “Şuşa” ilə görüşlərdə normal futbol oynamaq mümkün deyil. Elə meydançada futbol oynamazlar.
- “Şəmkir”in ev oyunlarında çoxlu sayda azarkeşi olur. Demək olar ki, komanda ənənələri bərpa etmək üzrədir?
- Sizin vasitənizlə azarkeşlərə təşəkkür etmək istəyirəm. Hər oyunda bizimlə olurlar. Imkan daxilində səfərdə də dəstəyi əsirgəmirlər. Ev oyunlarında 1500-2000 azarkeş olur. Hətta premyer liqanın bəzi görüşlərinə bu qədər azarkeş gəlmir. Klubun bəzi futbolçuları bu qədər azarkeşin qarşısında oynamağa öyrəşməyib. Səfərdə daha yaxşı oynayırlar. Amma ev matçlarında müəyyən mənada həyəcan keçirirlər. Şəmkirdə azarkeşliyi bacarırlar. Onları komandanı hər zaman çox istəyirlər. Gələcəkdə premyer liqada oynamaqla onları sevindirmək istəyirik.
- Sabah “Şəmkir” “Bakılı”nı qəbul edəcək. Bu oyunda hansı nəticə sizi razı salacaq?
- “Bakılı” yaxşı komandadır. Sensasiya sevən klubdur. Birinci dövrədə yaxşı oyunlar keçirdilər. Son turlarda müəyyən mənada stabil oynamırlar. Bizim məqsədimiz qələbə qazanmaqdır. Digər nəticə bizi razı salmayacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























