Ölkə futbolu
“Qəbələ”dən AFFA-nın qərarına etiraz
“Qəbələ” klubu bəyanat yayıb. Futbolxeber.az klubun rəsmi saytında yer alan bəyanatı təqdim edir:
- Ölkə çempionatının 30-cu turunda keçirilən “Neftçi” - “Qəbələ” qarşılaşmasının 61-ci dəqiqəsində “Neftçi” klubunun 3 nömrəli futbolçusu Denis Silva Kruz komandamızın oyunçusu Ürfan Abbasova bilərəkdən ayaq zərbəsi endirdi. Oyunun yan xətt hakimi Vaqif Musayevin gözü qarşısında (!) baş vermiş hadisəyə AFFA İntizam Komitəsi də eyni reaksiyanı verdi. İkili standartlarla çalışmağa alışmış komitənin hadisəyə eyni şəkildə yanaşacağı əslində gözlənilən idi. Klublar Komitəsinin sonuncu iclasında iştirak etmiş İntizam Komitəsinin nümayəndəsi əksər klubların fikrinə qarşı çıxaraq, təmsil etdiyi komitənin şəffaf və ədalətli qərarlar çıxardığını, bütün klublara eyni yanaşdığını bildirsə də, nə həmin toplantı zamanı, nə toplantı sonrası iştirakçıların komitənin işi haqda fikirləri dəyişmədi. Toplantıdan sonrakı dönəmdə Karlos Kardozo məsələsinə münasibət bildirməyən, eyni zamanda yuxarıda qeyd olunan epizodu iclasın gündəliyinə daxil etməyən, tam heyəti futbol ictimaiyyətinə hələ də bəlli olmayan İntizam Komitəsinin çıxardığı qərarların ədalətli olmasına inanmırıq, ikili standartlarla çalışdığını iddia edirik. 21 dekabr 2014-cü il tarixində ölkə çempionatı çərçivəsində keçirilən “Qəbələ” - “İnter” qarşılaşmasından sonra həmin dönəmdə klubumuzda çıxış edən Kamran Ağayevin oyundan sonra məhz İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılması klubumuz tərəfindən heç bir etiraz olmadan qarşılandı. Lakin, baş verən son hadisələr İntizam Komitəsinin sağlam rəqabət prinsiplərinə əməl etmədiyini bir daha nümayiş etdirir. Təbii ki, İntizam Komitəsi öyrəşdiyimiz şəkildə günahı epizodla bağlı heç bir qeyd aparmayan hakim-inspektorun üzərinə atacaqsa, bu, heç də İntizam Komitəsinin günahsızlığını deyil, hakim-inspektorun da işinə məsuliyyətsiz yanaşdığını göstərir.
“Qəbələ” İK olaraq, bəyan edirik ki, müraciətimizlə heç bir kluba və ya futbolçuya qarşı çıxış etmirik, bununla belə, ölkə futbolunda sağlam rəqabətin qarşısını alan hər hansı komitə və ya komitələrə, onların çıxardığı ədalətsiz qərarlara etirazımızı bildirəcəyik, onlara qarşı sona qədər mübarizə aparacağıq. Mövsüm ərzində komandamızın həm lehinə, həm əleyhinə verilən səhv hakim qərarları olmuşdur ki, bu məsələləri heç vaxt ictimaiyyətin gündəminə çıxarmırıq və ümid edirik ki, bu, davranışımız sona qədər davam edəcək. Anlayışla qarşılayırıq ki, hakim oyun ərzində səhvə yol verə bilər və təbii ki, hakimlə bağlı tədbir aiddiyati qurum tərəfindən görüləcək. Lakin hadisəyə bir və ya bir neçə gün sonra videotəkrarlarla münasibət bildirən və oxşar epizodlara fərqli qərarlar çıxaran komitənin üzvləri şübhəsiz futbolumuzda neqativ halların yaşanmasına şərait yaradırlar. Denis Silva Kruzun qeyd etdiyimiz hərəkəti mütləq şəkildə İntizam Komitəsinin gündəliyinə salınmalı olsa da, bu baş vermədi. Bundan sonra hər hansı klubun futbolçusu eyni hərəkəti təkrarlayarsa, İntizam Komitəsinin məsələyə münasibət bildirməsi artıq imkansızdır, yersizdir, çünki, komitənin üzvləri üçün “meydançada rəqibə bilərəkdən zərbə endirmək” iclasın gündəliyinə salınması üçün yetərli deyil.
Çıxardığı qərarlarla futbolumuzun inkişafının qarşısını alan, sağlam rəqabəti pozan insanları, komitələri ədalətli olmağa çağırır, bu kimi məsələlərlə bir daha ölkə futbolunda gündəmdə olmayacağımıza ümid edirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























