Ölkə futbolu
Aleksandr Çivadze ilə eyni gündə YAZI
Vahabzadə soyadı Azərbaycanda yetərincə məşhurdur. Azərbaycanın ən gözəl şairlərindən olan Bəxtiyar Vahabzadə bu soyadla ədəbiyyatımızda böyük iz buraxıb. Vahabzadə soyadı Azərbaycanın futbolunda da özünəməxsus yer tutur. Bu isə Yaşar Vahabzadənin sayəsində mümkün olub ki, bu ildən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının (U-21) baş məşqçisi olan həmin insan bu gün 55 illik yubileyini qeyd edir.
"Neftçi"də 2 müxtəlif vaxtda...
Özü də o, SSRİ dövründə rəqibi olan məşhur gürcü futbolçu, SSRİ yığmasının kapitanı olmuş Aleksandr Çivadze ilə eyni gündə dünyaya gəlib. Tiflis “Dinamo"sunun əfsanəsi də bu gün yubileyini - 60 illiyini keçirir. Maşallah, bu il “Neftçi”nin veteran futbolçularının bir çoxunun yubileyidir. Yunis Hüseynovla Nazim Süleymanov 50, İqor Ponomaryov, Novruz Əzimov, Əsgər Abdullayev 55 illik yubileylərini qeyd etdilər. Yaşar Vahabzadə də “5-ləri” qoşalaşdıraraq, yubilyarlar sırasına qoşuldu.
Bir çox futbolçularımız kimi, onun da “Neftçi”də oynamaq ən böyük arzularından olub və bu, həyata keçib. Elə Süleymanovla birgə 80-ci illərin əvvəlində Mingəçevirin “Avtomobilçi” klubundan “Neftçi”yə dəvət olunub. Ancaq Süleymanovdan fərqli ona “ağ-qara” formada həm SSRİ dövründə, həm də Azərbaycan milli çempionatında oynamaq nəsib olub. “Neftçi”nin heyətində SSRİ çempionatının həm yüksək liqasında, həm də birinci dəstəsində çıxış edib. Ancaq o, SSRİ dağılan dövrdə Sumqayıt “Xəzər”ində idi, milli çempionatımızda çıxışına da bu klubla başladı, gümüş medalçı oldu.
...ardıcıl böyük uğurlar
Yaşar Vahabzadənin aprelin 1-də ad gününü qeyd edən Vaqif Sadıqovla həmin vaxtdan birgə çıxışı başlayır. Onlar əvvəl “Xəzər”də, sonra Maştağa “Nicat”ında çiyin-çiyinə oynayırlar. Vaqif Sadıqov 1993-cü ildə bu komandada oynayan məşqçi olur və artıq növbəti il “Neftçi”yə baş məşqçi təyin olunur. Yaşar Vahabzadə də həmin vaxt “Neftçi”yə gəlir və artıq müstəqillik dönəmində “ağ-qaralar”ın uğurları üçün çalışır. Həmin dövrlər “Neftçi”nin tarixində ən güclü heyətlərdən biri olur. SSRİ dövründə gələcəyi böyük vəd bir sıra gənc istedadlar həmin vaxt artıq təcrübəli futbolçular kimi komandanı arxasınca daşıyırlar. Nəticədə uğurlar bir-birini əvəzləyir və Yaşar Vahabzadə də bu “qızıl heyət”də olur. O, Vaqif Sadıqovun rəhbərliyi altında ilk dəfə Azərbaycan kubokunun və Superkubokunun qalibi olur, avrokuboklarda iştirak edir, doğma Sumqayıtda ilk xalın qazanıldığı Kipr APOEL-i ilə tarixi matçın iştirakçısı olur.
Ardından “Neftçi”də təcrübəli baş məşqçi Kazbek Tuayevin rəhbərliyi altında daha böyük uğurlar qazanılır - 1995/96 mövsümündə het-trik edilir. Bu, qazanılan çempionluq, kubok və Superlkbok olur. Növbəti mövsümdə daha bir çempionluq və Azərbaycanın tarixində ilk dəfə Çempionlar Liqasında iştirak. Ancaq həmin 1997-ci ildə Polşanın “Vidzev” klubuyla oyun öncəsi iki yerə parçalanma ilə “Neftçi”nin “qızıl heyəti” dağıdılır, bir sıra təcrübəli futbolçular komandadan ayrı düşür. Onların içərisində Yaşar Vahabzadə də olur. Bundan sonra “Dinamo”ya üz tutan yubilyar bir neçə təcrübəli futbolçu və çoxsaylı gənclərlə birgə güclü kollektiv yaradır. Bunun nəticəsi çempionatın gümüş medalı və UEFA kubokuna vəsiqə olur. Yaşar Vahabzadənin avrokuboklarda son çıxışı də həmin vaxt Rumıniyanın “Arceş” klubuna qarşı olur. Futbolçu karyerasına isə ona doğma olan Sumqayıtda - bu dəfə “Kimyaçı” adlanan klubda başa vurur.
Tarixi qol və 40 yaşında vida
Yaşar Vahabzadədən söz düşəndə, ilk olaraq yadıma düşən şeylərdən biri onun karyerasını gec başa vurmasıdır. Bəli, o, yaşıl meydanda çıxışını düz 40 yaşında bitirir. Bu isə milli çempionatımızda heç də hamıya nəsib olmayıb. Özü də Yaşar Vahabzadə bu yaşda da özünü yaxşı tərəfdən göstərir, meydanda “ayaqlarını sürümürdü”. O, eyni zamanda universal futbolçu olması ilə diqqət çəkib. Karyerası boyu daha müdafiənin mərkəzində oynasa da, cinahlarda, dayaq yarımmüdafiəçisi kimi də çıxış edə bilib.
Səbəbkar arxa xətt oyunçusu olsa da, yetərincə məhsuldar futbolçu olub. Onun belə çıxışına hətta daha çox qol gözlənilən ön xətt oyunçuları da həsəd apara bilərdilər. Hələ bir şeyi də nəzərə alaq ki, yubilyarın penalti vurmaqla arası olmayıb. Görün, onda 11 metrlik cərimə zərbələrini dəqiq vurmaq bacarığı olsaydı, nə qədər fərqlənə bilərdi. Təbii ki, Yaşar Vahabzadənin vurduğu qollar arasında elə birisi var ki, o, tarixidir, dəyəri böyükdür. Elə bir qoldur ki, bununla futbolçu öz möhürünü vurub. Bəli, bu, Sofiyanın “Lokomotiv” klubu ilə Bakıdakı matçda qələbə topudur. 1996-cı ilin iyulun 24-də keçirilən həmin oyun Azərbaycan klublarının Tofiq Bəhramov adına Respublika stadionunda ilk matçı kimi tarixə düşüb. Debütdə 2:1 hesablı əzmkar qələbə məhz Yaşar Vahabzadənin 90-cı dəqiqədə vurduğu qolla gerçəkləşir.
Yaxşı yadımdadır, müstəqillik dönəmində mərkəzi arenada ilk dəfə həmin oyunu izləmişəm və söhbət açdığım qol indi də gözümün önündə canlanır. Yaşar Vahabzadə müdafiədən topu götürüb hücuma keçir. Rəqibin ofsayd yaratmaq planını ötürmə vermək yox, özü topla irəliləməklə pozur və uzaq məsafədən gözəl qola imza atır. Bununla da hamımıza unudulmaz sevinc anları bəxş edir. Bu, Azərbaycan klublarının nəinki evdə, ümumiyyətlə, avrokuboklarda ilk qələbəsi kimi tarixə düşüb. Göründüyü kimi, Yaşar Vahabzadə qitə miqyaslı turnirlərdə “Neftçi” ilə həm ilk xalın, həm də ilk qələbənin qazanılmasında iştirak edib.
14 illik yığma karyerası
Səbəbkarın bir çoxlarından fərqli futbol həyatında böyük fasilələr olmayıb. O, yaşıl meydanda çıxışını başa vurduqdan sonra məşqçiliyə başlayıb. 2001-ci ildə Şakir Qəribovla birgə az müddət də olsa, “Neftçi”ni birgə çalışdırıblar. Bundan sonra başlayan yığma karyerası isə indiyədək, yəni 14 ildir davam edir. Yaşar Vahabzadə təkcə U-21-də yox, U-19, U-17-də də işləyib, bir neçə dəfə Avropa çempionatında mərhələ adlayıb. Məşqçilikdə ən yüksək dərəcə olan “Pro” kateqoriyasına sahib olan mütəxəssis Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən əməkdar məşqçi adına layiq görülüb. Bu ilin əvvəlində isə AFFA prezidenti Rövnəq Abdullayev onu U-21-nin baş məşqçisi təyin etdi. İndi Yaşar Vahabzadəni qarşıdakı çətin sınaq - 2017-ci ildə Avropa çempionatının seçmə mərhələsi gözləyir.
Vahabzadələr həm də idmançı ailəsidir. Belə ki, Yaşar müəllimin həyat yoldaşı Esmira Vahabzadə Azərbaycanın ən güclü, məşhur hənbolçularından olub. Oğlu Fuad isə peşəkar səviyyədə futbolla məşğul olub, atası kimi müdafiəçi olub.
Yubileyiniz mübarək, Yaşar müəllim!
Mehman SÜLEYMANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
24.09.2026
23.09.2026
























