11 Fevral 2026, Çərşənbə
Yuri Vernidubdan qələbə şərhi
"Qarabağ" və "Neftçi"dən qələbə
Almeyda rəsmən “Neftçi”də
Berdiyev azarkeşlərdən üzr istədi

Ölkə futbolu

Azərbaycan millisi Norveçin ən böyük stadionunda oynayacaq

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç - Azərbaycan matçı “Ullevaal” stadionunda baş tutacaq. Futbolxeber.az-ın məlumatına görə, paytaxt Osloda yerləşən “Ullevaal Stadion”un əsası 1926-cı ildə qoyulub. Stadionun tamaşaçı tutumu 28 mindir. Lakin arenada qeydə alınan rekord göstərici 35495 nəfər olub. Təbii ot örtüyünə malik olan arenanın uzunluğu 105, eni isə 68 metrdir. 1926-cı ilin 26 sentyabrında açılış baş tutan “Ullevaal Stadion”, 1938, 1967, 1985, 1991, 1998 və 2013-cü illərdə təmir edilib. “Ullevaal Stadion” Norveçin ən böyük futbol meydanıdır.

Norveç millisi ilə yanaşı, “Valerenqa” klubu da ev oyunlarını burada keçirir. Üstəlik, “Ullevaal Stadion” 1948-ci ildən etibarən Norveç kubokunun final matçlarına da ev sahibliyi edir.

Qeyd edək ki, iyunun 12-də keçiriləcək Norveç - Azərbaycan qarşılaşması yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28