Ölkə futbolu
Elxan Məmmədov: “Prosineçki bizdən xahiş etdi ki, rəqib güclü olsun”
AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi
- AFFA rəhbərliyi “Neftçi” klubundakı son rəhbər dəyişikliyini necə qiymətləndirir?
- AFFA İcraiyyə Komitəsinin son iclasında qərar qəbul olundu ki, hər bir klubda Müşahidə Şurası yaradılmalıdır və aktiv fəaliyyət göstərməlidir. Başqa klublarımızda da bu şura yaradılıb. Lakin hələ ki, onlar aktiv fəaliyyətə başlamayıb. Bunu təəssüf hiss ilə vurğulayıram. Ötən il klub rəhbərləri və İcraiyyə Komitəsinin üzvləri ilə söhbətimizdə tələb etmişdik ki, Müşahidə Şuraları yaradılsın. AFFA kimi bir qurumda da İcraiyyə Komitəsi var. Bütün vacib qərarları bu komitə verir. İcraiyyə Komitəsinin tövsiyəsi əsasında hər bir Müşahidə Şurasında futbol adamları da olmalıdır. Sevindirici haldır ki, "Neftçi" erkən aktiv fəaliyyət başladı.
- Daha hansı klublarda Müşahidə Şurası yaradılıb?
- Biz bununla bağlı klublara müraciət etmişik. Əksər klublar rəsmi qaydada Müşahidə Şurası yaratdıqlarını bizə bildiriblər. Bəzilərində isə yaranmaqdadır. Ən birinci "Sumqayıt" klubu Müşahidə Şurası yaratdı. Sonra digər klublar da bunu etdilər. Müşahidə Şurasının hər üzvünün konkret işi var. Yəqin ki, onlar öz işlərini görürlər.
- “Neftçi” klubunun Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə bildirib ki, Premyer Liqada oyunların iş günləri və iş saatlarında başlaması (məsələn, çərşənbə günü, saat 17.00-da) doğru deyil. Və əlavə edib ki, azarleşlərin stadiona cəlb olunması üçün matçların başlama saatının dəyişməsi vacibdir. Matçların iş vaxtı olmayan saatlarda keçirilməsi ilə əlaqədar təkliflər çoxdan var. Bununla bağlı AFFA rəhbərliyi tərəfindən Peşəkar Futbol Liqası ilə birgə hansısa işlərin görülməsi nəzərdə tutulubmu?
- Bunu Peşəkar Futbol Liqası və klublar öz aralarında həll etməlidir. Klublar bununla bağlı PFL-ə müraciət etsələr, yaxşı olar. Bir futbol azarkeşi kimi deyə bilərəm ki, oyunların qeyri-iş günündə keçirilməsi daha yaxşı olardı. Lakin PFL-in və televiziyaların qrafiki də nəzərə alınmalıdır. Televiziyanın şərtlərinə də əməl olunur. Oyunları mümkün qədər qeyri-iş gününə salmaq lazımdır.
- Bəzi media orqanlarında “Neftçi”dəki hazırkı idarəetmə sisteminin qeyri-rəsmi şəkildə AFFA rəhbərliyinin, konkret olaraq, sizin nəzarətinizə keçməsi haqda məlumat yayılıb. Bu iddialara münasibətiniz necədir?
- Təbii ki, bunlar doğru məlumatlar deyil. Kimsə bunu özündən uydurub. "Neftçi"nin öz rəhbərliyi var. Hansı ki, o rəhbərlik bu klubda böyük uğurlar əldə edib. Etiraf etmək lazımdır ki, "Neftçi" son üç ildə böyük nəticələr qazanıb. İndi də "Neftçi" özü qərar verib ki, struktur dəyişikliyi etsin və Müşahidə Şurası yaratsın. Bu Şuranın AFFA-ya və konkret olaraq mənə heç bir aidiyyati yoxdur.
- U-17 və U-19 milli komandalarının uğursuz çıxışı ilə bağlı nə deyə bilərsiniz? Gələcəkdə belə halların təkralanmaması üçün federasiya tərəfindən nə kimi addımlar atılacaq?
- Bu komandalarımız elit-raunda vəsiqə qazanaraq bizi necə sevindirmişdilərsə, elə də məyus etdilər. Təbii ki, istəməzdik ki, belə bir nəticə olsun. Bildiyiniz kimi, bu ildən Məşqçilər Komitəsi də aşağı yaş qruplara nəzarət edilər. Elit-raund mərhələsində də onlar milli komandalarımızla birgə idilər. Həm MK, həm də U-17 və U-19 millilərimizin məşqçilərindən müvafiq hesabat gözləyirəm. Bildiyiniz kimi, U-17 millimizin baş məşqçisi Mirbağır İsayev uğursuz çıxışlara görə istefa verdi. U-19 millimizin baş məşqçisi Nikolay Adamın isə müqavilsəi başa çatıb. O da komandada qalmayacaq.
- U-17-nin baş məşqçisi Mirbağır İsayevin istefası qəbul olunacaqmı?
- Mirbağır müəllim emosional bir qərar verib. Biz ona vəzifəsində qalmağı təklif etdik. Bu yaxınlarda AFFA rəhbərliyi məsələ ilə bağlı müvafiq qərar çıxaracaq.
- Onun U-19-a gətiriləcəyi ilə bağlı xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?
- İlk növbədə M.İsayevin istefası məsələsinə baxılmalıdır. Təbii ki, artıq yaş qrupunun dəyişməsi ilə bağlı M.İsayev bu komanda ilə çalışmayacaq.
- Milli komandamızın Serbiya ilə yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib?
- Danışıqlar davam edir. İki həftə ərzində qərar veriləcək. Bəzi şərtlər var ki, onları müzakirə edirik. Oyunu Avstriyada keçirməyi planlaşdırırıq. İstəyirik ki, həmin oyundan sonra komandamız Norveçə getsin. Yaxşı olardı ki, millimiz yolüstü orta Avropa ölkələrinin birində təlim-məşq toplanışı keçsin. Baş məqşçimiz Robert Prosineçki bizdən xahiş etdi ki, rəqibimiz güclü olsun. Ona görə də 2-ci və 3-cü səbətdə olan komandalarla danışıqlar aparırıq. Bir neçə komandalarla danışıqlar gedirdi. Lakin Serbiya ilə qarşılaşacağımız 90 faiz həll olunub. Bəzi xırda məsələlər qalıb.
Mənbə: Qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























