20 Aprel 2026, Bazar ertəsi
"Turan Tovuz"da iki yubiley
Saşa İliç qələbəni şərh etdi
Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”
"Sumqayıt" "Qəbələ"ni məğlub etdi

Ölkə futbolu

Vobay - 50-ci oyun, 20-ci qol

“Neftçi”nin futbolçusu Julius Vobay klubunda 50-ci çempionat oyununu keçirib. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, syerra-leoneli yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 27-ci turunun “Bakı” ilə oyununa  təsadüf edən yubileyini qolla qeyd edib. Komandasının ikinci qolunu vuran Vobay 2:0 hesablı qələbədə pay sahiblərindən olub. Bununla da o, mövsümdəki oyun sayını 19-a, qollarını isə 6-ya çatdırıb. 2012/13 mövsümündə “ağ-qaralar”la Azərbaycan çempionu olanda 31 matça 8 qol vuran afrikalı Premyer Liqada “Neftçi” formasında 50-ci oyununda 14-cü dəfə fərqlənib.

Lakin Vobay “Neftçi”də vurduğu qol sayında da yubiley qeyd edib. Belə ki, komandanın heyətində avrokuboklar və ölkə kubokunda da qol sevinci yaşamağı bacaran Julius ümumilikdə 77-ci oyununda 20-ci dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Vobay 20 qoldan 5-ni avrokuboklarda, 1-ni Azərbaycan kubokunda vurub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30