Ölkə futbolu
Mirbağır İsayev: “Məni boş tribunalar yox, komandam maraqlandırır”
17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Mirbağır İsayev Futbolxeber.az saytına müsahibə verib.
- Millimiz elit-raundun ilk turunda Xorvatiyaya 0:4 hesabı ilə uduzdu. Qarşılaşma barədə nə deyə bilərsiz?
- Təbii ki, hesab bizi qane etmədi. Bu, yoldaşlıq oyunu deyil ki, nəyəsə ümid edək. Biz mütləq 3 xal lazım idi. Lakin əfsuslar olsun ki, böyühesakla uduzduq. İki fərqli hissə izlədik. Birinci hissədə komanda meydanın hər qarışı uğrunda mübarizə apardı. İkinci yarıda ikinci və üçüncü qollarda ani diqqətsizlik oldu. Bu, oyunun qırılma nöqtəsi oldu. Xorvatiya millisi əvvəlki 15 oyundan 14-də qalib gəlib, 1-də də heç-heçə etmişdi. Futbolçularım meydanda bütün güclərini qoydular. Komandamdan yalnız hesaba görə narazıyam. Turnir hələ qurtarmayıb. Qarşıdakı 2 oyunda
- Razısız ki, Xorvatiya ilə oyunun taleyini ustalıq səviyəsi həll etdi?
- Ikinci qol hər şey göstərir. Elə qolu ancaq ustalıqla vurmaq mümkündür. Orada hər şey dəqiqliyi ilə reallaşdır. Hesab 0:1 olarkən bizim də qol vurmaq üçün şansımız oldu. Lakin Qara Qarayev şansından yararlanmadı. Biz xorvatlardan daha istəkli idik. Amma istək qələbə üçün kifayət etmədi.
- Murad Popov, Anton Krivotçuk və Murtuzəli Abakarov. Bu 3 futbolçunun çıxışından razı qaldız?
- İkinci qolda səhv oldu. Amma günahı Krivotçukun üstünə atmaq düzgün olmaz. Səhv o idi ki, cinahdan top ötürüldü. Asma edildikdən sonra isə üstünlük avtomatik olaraq hücum edən tərəfdə olur. Futbolçularımın hər birindən razıyam. Düzdür, çatışmazlıqlar da var. Çox qaçdıq, amma effekt az oldu. Həm də əsas problem o idi ki, aparıcı futbolçularımız özünü yaxşı tərəfdən göstərmədi. Hücumda istədiklərimizi həyata keçirə bilmədik.
- Rəqib ikinci 45 dəqiqədə 3 qolu başla vurdu. Siz rəqibi düzgün təhlil etməmişdiz, yoxsa futbolçular tapşırığınızı yerinə yetirə bilmədilər?
- Biz bütün oyunları təhlil etmişdik. Hər oyunçunun xüsusi ustalıq səviyyəsi var. Son ötürmə və son zərbədə xorvatlar üstün idi. Biz də nə lazım idisə tapşırmışdıq. Sadəcə futbolçular bunun öhdəsindən gələ bilmədilər.
- Xüsusi olaraq komandaya hansı tapşırığı vermişdiz?
- İlk növbədə diqqətli olmaq lazım idi. Bu futbolçuların 17 yaşları var. Onlar üçün birinci pillədə diqqətdi, sonra digər amillər.
- Bəlkə futbolçularımız Xorvatiya ilə oyuna psixoloji cəhətdən hazır deyildilər?
- Yox, hər şey qaydasındadı. Xorvatiya ilə daha əvvəl də qarşılaşmışdıq. Bizim komandanın əsas üstünlüyü xarakter nümayiş etdirməsdir. Birinci növbədə meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq.
- Komandamızın hələ də qrupdan çıxacağına ümidiniz qalıb?
- Ümid sonda ölür. Qarşıda 2 oyun var. Növbəti görüşdən çox şey aslıdı. Portuqaliya ilə oyun həlledici olacaq. Həmin oyunda qələbə olmasa, nədənsə danışmağa dəyməz. Bu, asan iş deyil. Amma reallaşdırmaq lazımdı.
- Xorvatiya ilə oyunu millimiz boş tribunalar önündə keçirdi. Belə olacağını gözləyirdiniz?
- Fikrim oyunda idi. Məni boş tribunalar yox, komandam maraqlandırır. Komandanı dəstəkləyən hər kəsə minnətdaram. Bu futboldu. İnşallah növbəti oyunlarda azarkeşlərimizi sevindirməyə çalışacağıq. İndiki məqamda ilk növbədə futbolçuları psixoloji cəhətdən qarşıdakı oyuna hazırlamalıyıq. Təzyiq göstərsək, bu, əks effekt verər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























