19 Avqust 2026, Çərşənbə
"Neftçi"də serbiyalı vinger
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start

Ölkə futbolu

"Qarabağ"ın müdafiəçisi: "Ermənilərlə oyunda qələbə qazanmaq istəyirik"

"Qarabağ"ın və Albaniya yığmasının müdafiəçisi Ansi Aqollinin müsahibəsi

- "Qarabağ" bu mövsüm qızıl dubl etməyi nə dərəcədə istəyir?

- Biz həm çempionatda, həm də kubokda sonadək mübarizəmizi davam etdirəcəyik. Bizim üçün hər titul önəmlidir. Həm də azarkeşlər kubokun finalına həmişə böyük maraq göstərirlər. Bu üzdən finala çıxmağı çox istəyirik.

- Komandanız buna nail olacaq gücdədir?

- Finala çıxmaq üçün bizi hələ "Simurq"la yarımfinal oyunları gözləyir. Mənə elə gəlir ki, bizim həlledici görüşdə iştirak etmək üçün yetərincə gücümüz var.

- "Simurq" barədə nə deyə bilərsiniz?

- Çox yaxşı komandadır. Onlar bu mövsüm əla oyun sərgiləyirlər. Amma biz indi kubok görüşlərini yox, qarşıdakı çempionat oyununu düşünməliyik. Ondan sonra isə fasilə olacaq.

- "Sumqayıt"la oyundan nə gözləyirsiniz?

- Bizim oyunlarımız həmişə gərgin keçir. Sumqayıtda oynamaq asan deyil. Ona görə gərgin mübarizə gözləyirəm.

- Martın 28-də Albaniya yığmasını Ermənistanla görüş gözləyir...

- Bəli, elədir. Fikrimcə, Albaniya yığması üçün bu görüş seçmə mərhələdəki ən çətin oyunlardan biri olacaq. Amma biz hamımız İrəvanda qələbə gözləyirik.

- Bu oyun sizin üçün xüsusi əhəmiyyət daşıyır?

- Mən "Qarabağ"ın futbolçusuyam. Təbii ki, Qarabağda baş verənlərdən də tam xəbərdaram. Allah eləsin ki, biz qələbə qazanaq və o zaman bu oyun barədə yenidən danışaq.

Mənbə: azerisport.az

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31