Ölkə futbolu
"Kiçik yaşlarımdan Qurban Qurbanovun fanatı olmuşam"
"Bakı"nın və U-19 millimizin üzvü Mahir Mədətovun müsahibəsi
- "Qarabağ"la oyunda ilk qolu siz vursanız da, sonda böyükhesablı məğlubiyyətlə üzləşdiniz...
- Rəqibin kimliyindən asılı olmayaraq, hər zaman son dəqiqəyə kimi mübarizə aparırıq. İlk oyunun nəticəsinə görə işimiz çətin olsa da, bu oyunda özümüzü yaxşı tərəfdən göstərməyə çalışdıq. Fikrimcə bunu bacardıq. Birinci hissədə yaxşı oynadıq. Lakin 2-ci hissədə təcrübəsizliyin qurbanı olduq. Biz gənc komandayıq. Təcrübəli futbolçularımız azdır. Demək olar ki, Pelagias Georgiosdan başqa bütün oyunçular gəncdir və buna görə də təcrübəsizlik öz sözünü deyir. Sevinirəm ki, bu oyunda qol vurdum. Bununla komandama kömək edə bilməsəm də, ölkənin ən güclü klubuna qol vurmaq özüməinam hissini bir qədər artırır.
- Oyunun sonlarında zədələnərək meydanı tərk etdin...
- Ciddi bir şey yoxdur. Sadəcə millinin toplanışına yollanacağım üçün tez əvəzləndim.
- “Qarabağ”ın qapısına qol vursan da, əvəzlənən zaman rəqib komandanın azarkeşləri tərəfindən alqışla qarşılandın. Bu, onların səni komandalarında görmək istəyi kimi qələmə verilə bilər?
- Mən bütün klubların azarkeşlərinə hörmətlə yanaşıram. “Qarabağ”ın fanatlarına da simpatiyam var. Sosial şəbəkələrdə daim onlar tərəfindən dəstəyi hiss edirəm. Oyunlarda da onların dəstəyi təbii ki, məni sevindirir. Amma sualınıza onların özləri cavab versələr, daha yaxşı olar.
- “Qarabağ”la oyundan sonra dayının Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla səmimi söhbəti diqqət çəkdi. Sən də onların arasında idin. Nə barədə danışırdılar?
- Mən kiçik yaşlarımdan Qurban Qurbanovun fanatı olmuşam. O, anamla orta məktəbdə bir sinifdə təhsil alıb. Bu kimi hallar məni ona yaxın edir. Dayımla da tanışdırlar və çoxdan idi ki, görüşmürdülər. Mən də oyundan sonra onların görüşməsi üçün şərait yaratdım.
- Son vaxtlar adın Almaniyanın “Ayntraxt” klubu ilə hallanır. Bu barədə nə deyərdin?
- Səhv etmirəmsə “Ayntraxt” və "FSV Frankfurt” klubları U-19 yığmamızın baş məşqçisi Nikolay Adamdan Azərbaycanda gənc yarımmüdafiəçi haqqında maraqlanıblar. O, da onlara məni təklif edib. Amma indidən bu barədə danışmaq istəmirəm. Baş tutan məsələ haqda danışsam, daha yaxşı olar. Hələlik rəsmi heç nə yoxdur.
- Premyer Liqanın növbəti turunda “Simurq”la qarşılaşacaqsınız...
- Mən millinin toplanışı ilə əlaqədar komandama kömək edə bilməsəm də, ürəyim onların yanında olacaq. İnanıram ki, bu oyundan maksimum nəticə ilə ayrılacağıq.
- “Bakı” klubunun mövsümün sonunda Premyer Liqanı tərk etmək ehtimalı çoxdur. Əgər bu baş versə, komandadan ayrılacaqsan?
- İnanıram ki, belə bir şey olmayacaq. Əgər “Bakı” birinci diviziona düşərsə, mən ayrılmazdan öncə klub prezidenti Hafiz Məmmədov özü mənim getməyinə şərait yaradar. Çünki, bilir ki, hər hansı bir klub Premyer Liqadan gedirsə, sonradan həmin klubun elitaya qayıtması çətin olur. Bu mənada düşünürəm ki, Hafiz Məmmədov mənə heç vaxt pislik etməz.
- Əsas hədəfin Avropaya getməkdir, yoxsa, iddialı yerli klublardan təklif gələrsə, dəyərləndirəcəksən?
- İlk öncə klubumun vəziyyətinin düzəlməsini gözləyirəm. Ondan sonra yəqin ki, Avropaya getmək haqqında fikirləşmək olar. Əlbəttə, “Qarabağ”, “Neftçi”, ”İnter” kimi yüksək yerlər uğrunda mübarizə aparan yerli klublardan da təklif gəlsə, dəyərləndirərəm. Belə klublarda kim oynamaq istəməz ki?
- Aşağı yaş qruplarında millinin formasını geyinmisən. Nə vaxtsa əsas millinin şərəfini qoruyacağını düşünürsən?
- Hər gənc futbolçu kimi mənim də əsas millidə oynamaq ən böyük arzumdur. Oranın ab-havasını hiss etmək istəyərdim. Deyə bilmərəm ki, hazırda milliyə layiqəm. Amma nə vaxtsa orada oynacağıma inanıram. Yəqin ki, yaxın vaxtlarda mənə də dəvət göndərəcəklər.
Mənbə: Qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
12.11.2026
11.11.2026
10.11.2026
























