12 Oktyabr 2026, Bazar ertəsi
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Ölkə futbolu

“Qarabağ”ın yeni transferi Azərbaycanı tərk edir

“Qarabağ”ın bu yaxınlarda heyətinə cəlb etdiyi Dani Kuintana Azərbaycanı tərk etməyə hazırlaşır. Futbolxeber.az-ın məlumatına görə, “Əl-Əhli”dən alınan hücumçu ölkəsi İspaniyaya gedəcək.

28 yaşlı forvard martın 15-də vətəninə yollanacaq. O, İspaniyada qalacağı bir həftə ərzində baş məşqçi Qurban Qurbanovun verəcəyi proqrama uyğun məşqlərini davam etdirəcək. Martın 18-də çempionat oyunundan sonra “Qarabağ”ın digər futbolçuları da 3 günlük istirahətə buraxılacaq. Komanda martın 22-də toplaşacaq ki, Kuintana da həmin gün düşərgədə olacaq.

Qeyd edək ki, Kuintana bu mövsüm iki klubun formasını geyindiyi üçün “Qarabağ”da yalnız gələn mövsüm debüt edə biləcək (apasport.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31