Ölkə futbolu
Hafiz Məmmədov “Xəzər Lənkəran” rəhbərliyinə səsləndi: “Borclarınızı qaytarın”
“Bakı” klubunun prezidenti Hafiz Məmmədov Futbolxeber.az saytına müsahibə verib.
- Son zamanlar “Bakı” ətrafında xeyli söz-söhbətlər baş verir. İstərdik bu məsələlərə aydınlıq gətirəsiz.
- Hamı kimi bizim də çətinliyimiz var. Əslində, ciddi maliyyə problemləri yaşamırıq. Problem ondadır ki, bəzi iş adamları maliyyə əməliyyatlarını görə qalan borc qalıqlarını vaxtında ödəmirlər. Bu məqam bizim biznesimizə təsir edir. “Xəzər Lənkəran” klubunun sponsorlarının bizə borcları var. Gecikmə isə tək “Bakı”ya yox, “Lans”a da təsir göstərir. “Lans”ın vəziyəti daha ağırdı. Sizin vasitənizlə “Xəzər Lənkəran”ın sponsoru olan “Palmali” rəsmisi Ələddin Aytaca səslənirəm ki, bizə olan borclarını qaytarsınlar.
- “Palmali”nin ödəməli olduğu məbləğ nə qədərdir?
- Konkret rəqəm açıqlamağım düzgün çıxmaz. Yalnız onu deyim ki, həmin məbləğ “Bakı”nın uzun müddətli büdcəsidir
- Digər hansı şirkətlərdən alacağınız var?
- Bəzi yoldaşlarda var. Amma “Xəzər Lənkəran” rəhbərliyi ilə olan məsələni həll etsək, problem qalmayacaq
- Gələcəkdə “Atletiko” ilə əməkdaşlığı davam etdirmək fikriniz var?
- Onlarla müqaviləmiz oktybarda başa çatır. Onlara xeyli təkliflər var. Amma “Atletiko”nun ilk seçimi bizik. Çünki “Land of fire Azerbaijan” onlara uğur gətirib. Dieqo Simonenin də komandaya gəlişi həmi vaxta təsadüf edir. Mən gələcəkdə də müqavilənin davam etdirilməsini istəyirəm. Lakin bu işi tək görmək çətindi. Müəyyən biznes strukturları ilə bu haqda danışacağıq. Yanımızda digər iş adamlarını da görsək, yaxşı olar. Nəzərə almaq lazımdır ki, “Land of fire Azerbaijan” bir brenddir. “Atletiko”nun ötən mövsüm oyunlarını 250 milyon azarkeş izləyib. Bu, rəsmi rəqəmlərdi. Bu qədər insan “Land of fire Azerbaijan”ı izləyib.
- “Bakı” bu çətin vəziyyətdən çıxa biləcək?
- “Bakı” çətin vəziyyətə düşdü, tarix yazıldı. Bu, olmamalı idi. Amma oldu. “Palmali”dən nə qədər gözlədik, cavab gəlmədi. Bu gün məcbur olub, bu məsələni mətbuata açıqlayırıq ki, bəlkə mətbuatın vasitəsi ilə məsələ həll olunar. Borcun ödənilməməsi yeni deyil. Xeyli müddətdir bu məsələ müzakirə edilir. Son dəfə onlara dekabrda məktub yazıb, xəbərdar etdik ki, təhlükəli durumdayıq. “Lans” Azərbaycana məxsusdur. Cəhd etdik ki, bizə çatası məbləği yubatmasınlar. Özü də borc 1 həftə, 10 gün ərzində yox, tezliklə ödənilməlidir. Bu gün, uzağı birinci günə kimi. Dünən Fransa səfiri ilə görüşmüşük. Biz qarşı tərəfi əmin etməliyik ki, öhdəçiliyimiz tam yerinə yetiriləcək. Sabah PSJ ilə oyun var. Həmin oyundan sonra iğtişaşlar yaşana bilər. Son oyunda anti-Azərbaycan, anti-Hafiz şüarları səsləndi. Sabah da başqa şeylər ola bilər. “Palmali”yə hörmətimiz var. Amma düşünüb qərar verməlidirlər, məbləğ ödənilməlidir.
- Bu haqda “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla söhbətiniz olub?
- Mübariz bəyə müraciət etməyə ehtiyac duymadıq. Çünki bizim bütün danışıqlarımız Ələddin bəylə olub. Mais Mənsimovla da bu məsələni müzakirə etmişik.
- Son hadisələrdən sonra yeni mövsümdən “Bakı”nın fəaliyyət göstərməyəcəyi barədə də söhbətlər yayılıb...
- Yox, “Bakı” yaşayacaq. Yeni mövsümdə yenə də iddalı olacağıq. Amma daha səliqəli şəkildə fəaliyyət göstərəcəyik. 1-2 yaxşı transfer də reallaşdıracağıq. Yenə də “Bakı”nı həmişə kimi görəcəksiniz.
- “Bakı”ya qarşı son zamanlar münasibətin dəyişdiyini gördünüz?
- Yox, əksinə daha yaxşı münasibət gördüm. Federasiya tərəfindən komandaya çox yaxşı dəstək oldu. Rövnəq müəllimin göstərişi ilə müəyyən işlər görüldü. AFFA “Bakı”nın müəyyən xərclərini ödədi. Onlar hər zaman bizim arxamızdadırlar.
- Bir müddət əvvəl “Bakı” klubu ilə Qolf federasiyası arasında müəyyən problemlərin olduğu barədə xəbərlər yayılmışdı. Bu nə dərəcədə həqiqətdir?
- Bu haqda geniş məlumatım yoxdu. Problrm mən burda olmayan zamanı baş verib. Geri qayıdanda isə artıq problem həll olunmuşdu. Hər kəs anlamalıdır ki, “Bakı” futbol klubunun bazasından tək biz yararlanmırıq. Daha əvvəl FİFA prezidenti Blatter də bizim bazadan razılıq etmişdi. Bu cür yüksək səviyyəli meydançalara qarşı nə üçün təxribat olmalıdır? O stadionlar beynəlxalq yarışlar üçün məşq meydançasıdır. Məsləhətim odur ki, belə hallar bir daha təkrarlanmasın.
|
Axi orda ishleyen kasib kusub fehlelerin,qadinlarin ne gunahi var?bunlar hamisi Azerbaycan vetandashidilar niye bu qeder milletinizi incidirsiz?onlarin hamisi eve cörek pulu aparirlar /Yeyqin ki tez bir zamanda Siz bir közüm taparsiz.Allah size de orda ishleyenlere de kömek olsun.
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
21:36
Balau "Turan Tovuz"a qələbə qazandırdı VİDEO
-
20:51
Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
20:25
"Qarabağ" və "Turan Tovuz"dan səfər qələbəsi
-
20:00
II Liqada hakim təyinatları açıqlandı
-
19:13
"Qarabağ" 1000-ci oyununda qalib gəldi VİDEO
-
18:48
Qurban Qurbanov: “Bizim üçün çox vacib qələbə idi”
-
16:24
Boksçumuz Avropa çempionu oldu
-
15:57
"Gəncə" heyətini amerikalı legionerlə gücləndirdi
-
15:32
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
-
15:19
Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
-
14:46
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu
-
14:21
PSJ qalib gəldi VİDEO
-
14:00
Riad Rəfiyev: “Son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq...”
-
13:33
"Fənərbaxça" səfərdə sevindi VİDEO
-
13:15
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
-
12:58
"Real"dan çətin qələbə VİDEO
-
12:44
İkili yanaşma: Simiçə olar, Abdullazadəyə yox?
-
12:27
Qaradəniz derbisini "Trabzonspor" qazandı VİDEO
-
12:02
III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb
-
11:39
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
"Çelsi"dən darmadağın VİDEO
-
10:23
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
-
10:00
"Barselona"nın qələbəsi VİDEO
-
23:51
"Sumqayıt" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:19
Filipe Kandidodan qələbə şərhi
-
22:37
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
-
21:23
"Sumqayıt"ın qələbə həsrəti bitdi
-
20:42
"Zirə" - "Şamaxı" matçında 2 qol VİDEO
-
20:00
Azər Bağırov: “Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil”
-
19:34
Rəşad Sadıqov: “İstəmədiyim durumdayıq”
-
18:58
Dünya çempionatı: Uşanqi finalda uduzdu, Kənan bürünc qazandı
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
11.10.2026
10.10.2026
09.10.2026



















.jpg)




