30 May 2026, Şənbə
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?
Minifutbol millimiz Fransaya qarşı
“Qrup lideri olmaq niyyətindəyik”
Millimiz İtaliyanı məğlub etdi

Ölkə futbolu

AFFA "İnter"in istəyini geri çevirdi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, iclasda  “İnter” PİK (futbolçu Sezar Meza Kolli və  məşqçi Miloş Yevtiçlə bağlı qəbul edilmiş cəzaların ləğv olunması) və “Mil-Muğan” FK-nın keçmiş baş məşqçisi Məmmədov Mətləb Əli oğlu  (cəzanın yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə  baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. “İnter ” PİK-in  müraciəti təmin olunmasın. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

2. “Mil-Muğan” FK-nın keçmiş baş məşqçisi Mətləb Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Məşqçi intizam tədbiri olaraq 6 aylıq kənarlaşdırılsın, digər  6 aylıq cəzadan isə 1 illik  sınaq müddəti təyin olunmaqla azad olunsun. 1 illik sınaq müddəti ərzində məşqçi  Mətləb Məmmədov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.


affa.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31