8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

AFFA “Bakı” və “Simurq”un futbolçusunu 1, “Xəzər Lənkəran”ın üzvü 2 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 28 fevral 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Azərbaycan Premyer Liqasının XXIV turunun “Qarabağ” - “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

28 fevral 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Azərbaycan Premyer Liqasının XXIV turunun “İnter” - “Simurq” matçının 88-ci dəqiqəsində “Simurq” klubunun 88 №-li futbolçusu Marko Stanojeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

28 fevral 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Azərbaycan Premyer Liqasının XXIV turunun “Xəzər Lənkəran” - “Bakı” matçının 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 10 №-li futbolçusu Ağabala Ramazanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Bakı” klubunun 5 №-li futbolçusu Pelagias Giorgios ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 


affa.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31