8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

“Qəbələ” “Qarabağ”ın 18 oyunluq seriyasını qırdı

“Qarabağ”ın ev qarşılaşmalarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Futbolxeber.az-ın məlumatına görə, 2014-cü il fevralın 1-də “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzandan sonra Ağdam təmsilçisi ardıcıl 18 ev matçında xal qazanmışdı. Uğurlu seriya Azərbaycan Premyer Liqasının XXIV turunun “Qəbələ” ilə oyunundakı 0:1 hesablı məğlubiyyətlə qırılıb. Bu müddətdə 13 qələbə qazanıb, 5 heç-heçə edən Qurban Qurbanovun yetirmələri 392 gündən sonra öz meydanında xalsız qalıb. Bu da klub tarixində 3-cü göstəricinin təkrarıdır. 1992-93-cü illərdə 33, 1997-98-ci illərdə 23 ardıcıl ev oyununda uduzmayan ağdamlılar 2009-10-cu illərdə indiki kimi 18 matçlıq seriyaya imza artmışdı.

Qeyd edək ki, “Qarabağ”ın 6 oyunluq qələbə seriyası da qırılıb. 2014-cü il dekabrın 14-də səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə uduzan ağdamlılar 75 gün ərzində keçirdiyi 6 çempionat matçının hamısında qalib gəlmişdi. Son çempionun seriyasını qıran “Qəbələ” Premyer Liqada yubiley - 100-cü qələbəsini qazanıb. Əyalət təmsilçisi çempionatda 100 və daha çox qələbə qazanan 11-ci komanda olub. Qəbələnin eyniadlı klubunadək “Neftçi” (385), “Qarabağ” (343), “Turan” (250), “Kəpəz” (239), “Bakı” (216), “İnter” (214), “Xəzər Lənkəran” (155), “Şəmkir” (132), “Viləş” (119), AZAL (109) 100-ü arxada qoyub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31