31 May 2025, Şənbə
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur
Millimiz dünya çempionatının finalında!
Finalın hakimləri müəyyənləşdi

Ölkə futbolu

AZAL - “Neftçi”: Üç futbolçunun 4 yubileyi

“Neftçi”nin futbolçusu Nikolas Kanales Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, AZAL-la III turdan təxirə salınan qarşılaşma çilili hücumçu üçün yubiley xarakteri daşıyıb. Bu əlamətdar hadisəyə matçın taleyini həll edən qolla töhfə verən Kanales Azərbaycan çempionatlarında 31-ci qolunu vurub. Cari mövsüm AZAL-la keçirilən hər üç oyunda qol vuran hücumçu Premyer Liqadakı orta məhsuldarlığını 0,62-yə çatdırıb. Bu isə ən azı 50 oyun keçirən futbolçular arasında Azərbaycan çempionatları tarixinin 3-cü göstəricisidir.

“Neftçi”nin 1:0 hesablı səfər qələbəsi qazandığı görüşdə daha 3 yubiley qeydə alınıb. Start heyətində meydana çıxan digər 2 futbolçu da özü üçün tarixi qarşılaşmada iştirak edib. “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə iki yubileyə eyni vaxtda sevinib. Premyer Liqada 100-cü matçına çıxan arxa xətt oyunçusu bu qarşılaşmaların 31-ni “Simurq”, 69-nu “Neftçi”də keçirib. Elvin həm də “ağ-qaralar”ın heyətində ümumilikdə 100-cü matçına çıxıb. Buna onun 15 kubok və 16 avrokubok görüşündə də iştirak etməsi səbəb olub.

Yubiley oyununda sarı vərəqə ilə cəzalanan Yunuszadə kimi AZAL-ın futbolçusu Xuan Fransiskoda əlamətdar qarşılaşmanı xəbərdarlıqla başa vurub. 3 mövsümdə Bakı klubunun formasını geyən ispaniyalı Premyer Liqada 50-ci oyununu keçirib.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31