12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Dnepr”in baş məşqçisi: “Qarabağ”ın üzüntüsünü başa düşürəm”

"Yəqin ki, hakim həmin epizodda səhvə yol vermişdi. Ancaq nə etmək olar, bu futboldur". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Qol.az-a "Dnepr"in baş məşqçisi Miron Markeviç "Qarabağ"ın Avropa Liqasında "İnter"lə qarşı matçın son dəqiqəsində vurduğu təmiz qolun qeydə alınmamasına münasibət bildirərkən deyib.

"Biz “İnter”lə oyunda penaltidən istifadə edə biləsəydik, rahatlıqla qrupdan çıxacaqdıq. Ancaq gördüyünüz kimi, bizim də bəxtimiz gətirmədi. Bununla belə qrupdan çıxa bildik" - deyə o bildirib.

M.Markeviç bildirib ki, matçın son dəqiqəsində vurulan qolu qeydə alınmayan "Qarabağ" üzüntüsünü başa düşür: "Ancaq hakimin qərarı heç vaxt dəyişdirilmir".

Qeyd edək ki, M.Markeviç hazırda millimizin "Şaxtyor"la oynadığı yoldaşlıq matçını stadiondan izləyib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30