3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

Stanislav Namaşko: “Qalmaqal sondakı gərginliyin nəticəsi idi” (Müsahibə)

AZAL-ın qapıçısı Stanislav Namaşko “İnter”lə oyundan sonra Futbolxeber.az saytına müshaibə verib.

- “Sumqayıt”ın ardınca AZAL “İnter”lə də heç-heçə oynadı. Qarşılaşma barədə fikirlərin necədir?

- Oyun bərabər səviyyə keçdi. Hər iki komanda qələbə qazanmaq üçün meydana çıxmışdı. Biz də meydandan 3 xalla ayrılmaq istəyirdik. Oyunun sonluğu bir az əsəbi oldu. Hər iki tərəf açıq futbola üstünlük verirdi. Məncə, oyun azarkeşlərin ürəyincə oldu. Onlar oyundan zöqv aldılar.

- Heç-heçəni AZAL üçün qənaətbəxş nəticə hesab etmək olar?

- 1:1 pis nəticə deyil. Nəzərə almaq lazımdır ki, “İnter” ikinci pillədə qərarlaşıb. Üstəlik, “Qarabağ” və “Neftçi” ilə birgə çempionluq uğrunda mübarizə aparır.

- Sona yaxın 1 epizodda “İnter” hakimdən penalti tələb edirdi. Həmin epizodu necə şərh edə bilərsən?

- Hakim orada epizoda çox yaxın idi. Topun 2 metrliyində dayanmışdı. Epizodu da aydın görürdü. Həmin epizodda penlati yox idi. Aleksandr Şemonayev korpus qoydu, “İnter”in futbolçusu isə özünü yerə atdi. Mən də hər şeyi açıq-aşkar görürdüm. Həmin epizodda penaltidən söhbət belə gedə bilməzdi.

- Oyundan sonra nə ba verdi?

- Dəqiq bilmədim. Çünki mən meydandan ən sonuncu çıxdım. Mən koridora daxil olana kimi artıq insident yatırılmışdı. Amma onu deyim ki, yaşanan qalmaqal oyunun sonunda baş verən gərginliyin nəticəsi idi.

- AZAL üçün cari mövsümdəki əsas hədəfi nədir?

- Konkret hədəfimiz odur ki, hər oyuna qələbə üçün çıxaq. Mövsümün sonunda nəyə qadir olduğumuz bilinəcək.

- Yəni Avroliqaya yollanmaq əsas şərt deyil?

- Biz bütün rəqibləri məğlub etmək istəyirik. Mövsümün sonuna kimi də belə olacaq. Çempionat başa çatanda isə Avroliqaya yollanıb-yollanmayacağımız bəlli olacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31