Ölkə futbolu
Futbolu nəzmə çəkənin 50-si YAZI
Çox baməzə olması onu tanıyanların heç biri üçün sirr deyil. Babat zarafatımız var - “nanəli”, “yaşıl” (daha doğrusu, yeşil), “gülə-gülə” və s. atmacalarımız ikimiz üçün də sadəcə söz deyil, hansısa xatirənin kodlarıdı, sirri yalnız özümüzə bəllidi, heç indi də sizə demək fikrim yoxdur, özümüz bilərik. Müsahib kimi cəmi bir dəfə həmsöhbətim olub. Təxminən 10 il əvvəl. Metronun “Gənclik” stansiyasınınm yaxınlığında çayxana vardı, yayın qızmar günlərinin birində yazı variantı bütöv qəzet səhifəsini tutacaq qədər dərdləşmişdik. Həmin axşam müsahibəni yazırdım, xəbər yayıldı ki, Nazim Süleymanov kluba baş məşqçi təyin olunub. İlk zarafatımız onda yarandı. Bu zarafata yenə qayıdacam, hələ deyiləsi başqa sözlərim də var. Nazim Süleymanov dəyərdir. Bu fikri məndən əvvəl yazan həmkarlarımın hamısına təşəkkür edirəm və sözbəsöz təkrakladığıma görə məni plagiatçılıqda ittiham edib günaha yazmayacaqlarına ümidvaram. Tarifləri çox baha olduğundan, adı gələndə ölkə zəhmətkeşlərinin üz-gözünü turşutduğu məşhur şirkətlərdən birinin sloqanı - “Bizi birləşdirən dəyər” - bu gün Nazim Süleymanovun boyuna biçilib. O mənada ki, bu gün baxdığım saytların, demək olar ki, hamısında Onun barəsində yazı var - müəlliflər istedadları və bacarıqları imkan verdiyi, saytlarının admini texniki baxımdan yer ayıra biləcəyi qədər Süleymanovun 50 yaşına sağlıq deyib, badə qaldırıblar. Adının mənası təkcə nizamlamaq deyil, həm də nəzmə çəkməkdir. Nazim futbolu adı kimi, adına layiq oynayıb, bəzən quru və allahsız (ateist yox a, bu, tamam başqa şeydir) olan idman oyununu bizə doğma olan heca vəznində göstərib, qollarını, ötürmələrini qafiyələndirib, məsafəcə bizdən xeyli uzaqda – şimalın buzlu meydanlarında onun futbolu tərtəmiz azərbaycanca, cənub hərarəti ilə danışıb. Yox, mən pafoslu-filan yazmıram, bir vaxtlar Nazimin oyununu görəndə yaşadıqlarımı xatırlay(d)ıram. Onu Rusiya çempionu görəndə də, Çempionlar Liqasında izləyəndə də qürur qəhərə dönüb xirtdəyimizə dirənib axı, az qala, hardansa bir əcnəbi tapıb, ekranda Nazimi göstərərək “bax, o bığlı oğlan bizimkidir, azərbaycanlıdır” demək istəmişik və o hisslər – hansı ki indi, illər sonra yazanda belə, məni yenə də titrədir – hər cür pafosdan daha yüksəkdədir, ülvidir, səmimidir. 50 yaş nədir ki... Nazim Süleymanovu elə indicə dindirsəm, əminəm ki, şairin təbirincə deyər ki “50 il deyildi, əllicə gündü”... Amma ona da əminəm ki, o “əllicə gün”ün içində 50 ömrə sığacaq qədər xatirələr, qələbələr, məğlubiyyətlər, heç-heçələr var. Heç-heçə demişkən, Nazim 50 yaşına iş tablosunda hesabın 0:0 olduğu vəziyyətdə qədəm qoydu. Demişdim axı, o zarafata qayıdacam.
Hə, mənimlə ilk və (hələ ki) son müsahibədən sonra Nazim hər görüşümüzdə zarafatla deyir ki, “gəl sənə bir müsahibə verim, düşərli olur, mənə baş məşqçi vəzifəsi təklif eləsinlər”. Gülüşürük. Amma almayacam o müsahibəni. Nazim Süleymanov növbəti dəfə baş məşqçi təyin olunduqdan sonra xahiş edəcəyəm ki, mənə müsahibə versin. Nazim “düşərli müsahibə”dən sonra baş məşqçi olmamalıdır, baş məşqçi olub, müsahibə verməlidir!
50 yaşın mübarək, ÇEMPİON!!!
Firuz ABDULLA, Futbolpress.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026
























