Ölkə futbolu
Nazim Süleymanov: “Məşqçi kimi sözümü demədiyimi düşünürəm”
Fevralın 17-də onun doğum günüdü. Azərbaycan futbolunda iz qoyan, böyük azarkeş kütləsinin rəğbətini qazanan Nazim Süleymanov. Azərbaycan futbolunun tanınmış simasının 50 yaşı tamam olur.
Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. 8-9 yaşlarından futbola başlayan Nazim 17 yaşında "Sintetik Kauçuk Zavodu"nun komandasında debüt edib. İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edir və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan “Avtomobilçi” (Mingəçevir) klubunun heyətinə cəlb olunur. İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası “Neftçi” klubuna dəvət alır. Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir.
Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə Vladiqafqaz “Alaniya”sı ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Bu unudulmaz futbolçunun karyerasında Moskva “Spartak”ı, Soçi “Jemçujina”sı kimi klubların adı var. Karyerasının ən yaxşı vaxtlarında Rusiya millisindən dəvəti qəbul etməyən Süleymanov uzun müddət Azərbaycan yığmasının əsas oyunçularından birinə çevrilir. Rusiya çempionu, Rusiya çempionatının gümüş mükafatçısıdır, iki dəfə SSRİ-nin 33 ən yaxşı futbolçu siyahısına daxil olub. Şimali Osetiyanın fəxri vətəndaşı olan Süleymanov “Alaniya”nın tarixində ən çox qol vuran legioner futbolçudur.
2002-ci ildə futbolçu karyerasının bitirən Nazim Süleymanov məşqçilik fəaliyyətinə başlayır. Rusiya çempionatında yarışan Soçi “Jemçujina”sı klubunun əvəzedici heyətinin məşqçisi təyin olunun Nazim Süleymanovun komandası "Cənub" çempionatında 9-cu yerdə qərarlaşır. Növbəti il Vətənə dönən Süleymanov yeni yaranan “Xəzər Lənkəran” klubuna baş məşqçi təyin olunur. Bir mövsüm bu komandanı çalışdıran mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına baş məşqçi təyin olunur. Nazim Süleymanovun daha sonra çalışdığı məkan “Bakı” futbol klubudur. O,həmin klubun gənclər komandasını çalışdırıb. AZAL klubuyla Avropa Liqasına vəsiqə qazana Süleymanov qısa zaman “Neftçi”nin sükanı arxasında olub.
R+ yubilyarla ötən illəri yada salaraq keçmiş xatirələrdən danışdı.
- İlk olaraq R+ adından sizi təbrik edirik. Nazim Süleymanov 50 yaşında özünə nə arzu edir?
- Özümə, yaxınlarıma hamıya can sağlığı. Əgər canımız sağlam olarsa işimizdə uğur qazanarıq. Həyatda hər bir şeyi əldə etmək olar, təki canımız sağlam olsun.
- Nazim Süleymanovun hansı arzusu həyata keçməyib?
- Bilirsiniz, arzular çoxdur. Hər hansı bir arzun reallaşırsa, sonra yenisi yaranır. Amma bununla belə məşqçi kimi sözümü demədiyimi düşünürəm. İmkan olmadı, müəyyən problemlərə görə özümü göstərməmişəm. Məşqçiliyə Rusiyada başladım, ardınca Azərbaycana gəldim. 2004-cü ildə Vətənə qayıdanda məqsədim var idi - özümü doğruldub əcnəbi ölkədə çalışmaq. Bu mənim arzum olaraq qalır. Sadəcə alınmadı və mən hələ də bu barədə düşünürəm. Nə yaşımız var ki? 11 il keçib, amma həmin məqsədimizin reallaşmasına çalışmalıyam.
- O vaxt sizi həm də Rusiya yığmasında oynamağa dəvət edirdilər. Siz isə Azərbaycan millisini seçdiniz. Bəlkə Nazim Süleymanov Rusiya yığmasında oynasaydı, karyerası daha uğurlu olardı?
- Onda mən Nazim Süleymanov olmazdım. Söhbət nəyəsə görə millidə oynamaqdan getmir. O vaxt futbola indiki qədər diqqət yox idi. Lakin millidə oynamaq hər bir futbolçuya şərəf olurdu. Mən hər zaman yalnız Azərbaycan millisi barədə düşünmüşəm.
- Rusiya yığması təklif ediləndə yəqin müəyyən mükafatlar da olub...
- İndi o barədə danışmaq düzgün olmaz. Sözsüz, futbolçuya hər cür şərait yaradılacaqdı. Mənzil məsələsi həll olunurdu. Müəyyən məbləğdən söhbət gedirdi. Ən əsası mən artıq Rusiyada legioner sayılmayacaqdım. Bu isə mənə komandamda daha tez-tez oynama imkan verir. Bəzən limitə görə ehtiyatda qalırdım.
- 1996-cı il. Rusiya çempionatında qızıl oyun - “Spartak”-“Alaniya” görüşü. Həmin qızıl oyunda vacib zərbəni vursaydınız hər şey tam başqa ola bilərdi...
- 1995-ci ildə “Alaniya”nın heyətində Rusiya çempionu olduq. Ondan əvvəl 1992-ci ildə Rusiya ikincisi olub, UEFA kubokuna vəsiqə qazandıq. “Borussiya”yla (Dortmund) oynadıq. Həmin dövrdə “Borussiya” final oynadı.
Məyus edən məqamlar da olub. “Neftçi” 1988-ci ildə aşağı dəstəyə düşdü. Bu, olmamalıydı, layiq deyildik. 1996-cı ildə ikinci dəfə Rusiyada çempion olmalıydıq. Onda da dedilər ki, Nazim Süleymanov axırıncı dəqiqələrdə qol vura bilmədi. Bəli, belə bir epizod oldu. Amma həmin epizoda qədər, hətta həmin oyuna qədər çox sayda səhvlər oldu. Hətta həmin “qızıl oyun” olmaya bilərdi.
- Həmin oyundan sonra baş məşqçi Valeri Qazzayevlə münasibətiniz necə idi?
- Futbolda belə hallar olur. Hətta dünya ulduzları belə, əsas məqamlarda qeyri-dəqiq olurlar. Dünya çempionatının finalında belə, bu cür hallar olur. Fikir bildirməyə tələsmək lazım deyil. Roberto Bacco kimi ulduz mundialın finalında penaltini vura bilmədi. Mişel Platininin oyunun alınmadığı məqamlar olub. Mən də istəyirdim qol olsun. Sadəcə alınmadı. Həmin mövsüm biz çoxlu səhvə yolverdik. “Qızıl oyun” olmaya bilərdi, əvvəldən hər şeyi həll etmək olardı. Qazzayevlə münasibətim normaldı. Yaxınlarda yenə görüşdük, söhbətləşdik.
- SSRİ dövründə azərbaycanlı futbolçu üçün Rusiyada futbol oynamaq çətin deyildi?
- Mən sovet dövründə Rusiyaya yollandım. Müəyyən mənada çətin idi. İndiki kimi hər xarici futbolçuya şans verilmirdi. Gərək gələn futbolçu yerlidən 2-3 dəfə güclü olaydı. Yoxsa heç onu heyətə götürmürdülər. 1991-ci ildə ilk oyunu xatırlayıram. Qazzayev məni Moskva “Spartak”ına götürüb. İlk oyunda “Lokomotiv”lə oynayırıq. Görüş 2-2 hesabıyla başa çatdı. Mən “ilk 18-lik”də olsam belə, meydana buraxmadılar. Matçdan sonra yaxınlaşdım Qazzayevə ki, niyə belə oldu. Dedi ki, ilk oyunda yerli futbolçulara şans vermək istəyir. Ona etiraz etmişdim.
Rusiyada oynayanda belə Azərbaycanı düşünmüşəm. Hər hərəkətimə fikir vermişəm. Çalışmışam ki, ətrafdakılarda azərbaycanlılar haqda yaxşı fikir formalaşsın. Çünki, biz futbolla ölkəmizi təmsil edirdik.
- Azərbaycan millisində sizinlə birgə Şahin Diniyev, Yunis Hüseynov, Vəli Qasımov, Arif Əsədov və digər dövrün tanınmış futbolçuları oynayıb. Amma həmin yığma uğur qazanmayıb. Səbəb nə idi?
- Problemlər çox idi. Ən böyük problem həmin vaxt Azərbaycanda oynamamağımız idi. Müharibə şəraiti idi. Doğma azarkeşlərimiz önündə oynamırdıq. Baxmayaraq ki, qardaş ölkədə - Türkiyədə çıxış edirdik. Azarkeş dəstəyi az idi. Yenicə müstəqil olmuşduq. Doğma azarkeşlər qarşısında tam fərqli oyun olur. Müəyyən mənada bəxtimizdə gətirməyib.
- Niyə indi səviyyəli futbolçularımız azdır. Sanki hamı yalnız Azərbaycan futbolunda yaxşı olmaq istəyir...
- Müasir dövrdə istənilən legioner rahat gəlib Azərbaycanda oynaya bilər. Halbuki onlar bizim futbolçulardan o qədər güclü deyil. O vaxt legionerə rahat oynamağa imkan verilmirdi. Gərək yerlidən çox fərqlənərdin. Bizim futbolçulara gəldikdə onlar meydanda bütün potensialını göstərmir. Bəlkə kimsə inciyəcək, amma meydanda yorulmaq lazımdır. 90 dəqiqə gərək maksimum gücünü qoyasan. Lakin bizimkilər bunu etmir. Bəzən jurnalistlər qol vuran futbolçunu çox tərifləyir, halbuki bu onun işidir. Yazılan təriflər isə arxayınçılıq yaradır. Səbəblər çoxdur.
- Rusiyadakı uğurlu oyununuza görə azarkeşlər sizə qısa olaraq “Sulya” deyərək müraciət edirdi. Bunun tarixçəsi necədir?
- Soyadım Süleymanovdur. Bir qədər uzun səslənir. Hər dəfə azarkeşlərin onu təkrarlaması çətin olurdu. Ona görə “Sulya” deyirdilər, əvvəl qəribə səslənirdi. Sonradan öyrəşdim. “Alaniya” azarkeşləri hər zaman komandanın yanında olub. Hər bir uğurumuzda onların da əməyi var.
- Nazim Süleymanov gələcəkdə Azərbaycan millisinin baş məşqçisi olmaq istərdimi?
- General olmaq istəməyən əsgər inkişaf etmək istəmir. Düzünü deyim ki, istəyirəm. Amma bunun üçün müəyyən yol keçmək yaxşı olardı. Təcrübəmi artırım, nəticə qazanım. Məşqçi üçün Azərbaycan millisi karyerasının zirvə nöqtəsidir. Ona görə vaxtı ilə futbolçusu olduğum millidə baş məşqçi olmaq mənim üçün şərəfdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- “Şəfa” darmadağın oldu
- Ehtiram Quliyev od püskürdü: “Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq”
- Basketbol millimizin rəqibləri müəyyənləşib
- Vernidub: “Əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm”
- Sevinməyin adamına görə dəyişməkliyi
- Sevincin hipertrofiyası
- Hamı yaxşı, bircə Əliyar pisdir?
- "Neftçi" qələbə qazanıb
- Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün ən yaxşıları müəyyənləşib
- Rövşən Nəcəf: “Siz AFFA İntizam Komitəsi klubları soyur deyirsiniz, amma...”
- Almaniya Qananı məğlub etdi
-
15:02
Atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək
-
14:37
Aqil Nəbiyev: “Perspektivli komandamız var”
-
13:14
Millimiz Pakistana qalib gəldi
-
12:56
İlham Əliyev: "Avropada heç də hamı Azərbaycanın qalib gəlməsinə sevinmir"
-
12:48
İlham Əliyev Azərbaycanın güləş millilərini qəbul etdi FOTOLENT
-
12:21
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
-
12:00
Yığmamız Belarusa uduzub
-
11:34
ÇL-də həftənin oyunçusu kim olacaq?
-
11:19
"Prezident Kuboku": Bu gün daha 9 mükafat öz sahibini tapacaq
-
10:55
"Neftçi" "Qarabağ"a qarşı
-
10:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:27
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:03
Nəriman oynadı, komandası 1/4 finala yüksəldi
-
09:46
"Atletiko" - "Arsenal" matçında heç-heçə VİDEO
-
22:37
“Mingəçevir” - “Zaqatala” matçında 8 qol VİDEO
-
21:42
I Liqada 24-cü tur start götürdü
-
19:56
Əlimurad Hacızadə: “Azərbaycana ilk medalı qazandırdığım üçün şadam”
-
18:25
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
-
18:00
Portuqaliyalı müdafiəçi “Qarabağ”ın hədəfində
-
17:14
Könül Mehdiyeva “Barselona”nın oyununa təyinat alıb
-
16:38
Qazaxda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
-
16:03
Azərbaycan "Prezident Kuboku"nda ilk medalını qazandı
-
15:41
"Neftçi" - "Qarabağ" matçına görə cərimələr açıqlandı
-
15:27
AFFA-dan “Sumqayıt”a 12500 manatlıq cərimə
-
14:52
Tovuzda avrokubok həyəcanı: 32 illik həsrətə son qoyulur? VİDEO
-
14:16
Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
-
13:39
"Bavariya"dan son 31 ilin ən pis göstəricisi
-
13:00
Azərbaycandan sonra dünya çempionatına Gürcüstan və Ermənistan ev sahibliyi edəcək
-
12:24
Qara Qarayevin kitabının təqdimat mərasimi keçirilib FOTOLENT
-
11:48
Düşənbədə yarışacaq Azərbaycan cüdoçuları müəyyənləşib
-
11:13
ÇL-dəki hakim qərarı “Qarabağ”ın verilməyən penaltisini xatırlatdı VİDEO
-
10:51
Fiqurlu konkisürmə üzrə dördqat Olimpiya mükafatçısı yenidən Bakıya gəlib
-
10:37
“Prezident Kuboku” beynəlxalq reqatasına start verilir
-
10:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:46
PSJ - "Bavariya" matçında 9 qol VİDEO
-
19:00
II Liqa: Liderlərin qarşıdurmasında qalib aşkarlanmadı
-
18:44
“Prezident Kuboku-2026” beynəlxalq reqatasının püşkü atılıb
-
17:55
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
-
17:38
"Fənərbaxça"da prezident seçkilərinin vaxtı bilindi
-
16:27
Luka Modriç əməliyyat olunub
-
15:43
"Prezident Kuboku 2026": Komandaların rəsmi paradı keçirilib
-
15:01
“Bakı Marafonu 2026”da 25 min iştirakçı yarışacaq
-
14:16
Bakıda yelkən idmanı üzrə "Prezident Kuboku" keçiriləcək
-
13:52
“Qarabağ” 700-ə çatdı
-
13:39
“Mançester Yunayted”dən çətin qələbə VİDEO
-
13:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:40
Medina “Qarabağ”da 200-cü oyununu keçirdi
-
12:15
“Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
-
11:38
“Zirə”nin hücumçusunun 60-cı qolu
-
11:07
"Latsio" - "Udineze": son 15 dəqiqədə triller VİDEO
30.04.2026
29.04.2026
28.04.2026























