16 Oktyabr 2025, Cümə axşamı
“Səbail” “Zaqatala”ya qalib gəldi
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu
VIII turun hakim təyinatları

Ölkə futbolu

“Xəzər Lənkəran” 2015-ci ilin ilk ev oyununun hazırlığına başladı

Premyer Liqanın XVIII turu çərçivəsində evdə Bakının “İnter” klubunu qonaq edəcək “Xəzər Lənkəran” hazırlığa start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkərandakı bazasında dünən bir araya gələn komanda, bərpa məşqini keçirdikdən sonra bu  gündən etibarən  “İnter” oyunu hazırlığına başlayıb. Səhər və axşam olmaqla gündə iki dəfə məşq keçəcək “Xəzər Lənkəran”, fevral ayının 6-da oyunöncəsi son məşqinə çıxdıqdan sonra hazırlığını tamamlayıb, oyun saatını gözləyəcək.

Hazırda “Xəzər Lənkəran”da İlqar Ələkbərov zədə səbəbindən kollektiv məşqlərə qoşula bilməsə də, fərdi olaraq çalışmalara qatılır.

Xatırladaq ki, “Xəzər Lənkəran”-“İnter” matçı fevral ayının 7-də saat 17.00-da start götürəcək və “Xəzər Lənkəran”Tv ilə canlı yayımlanacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31