Ölkə futbolu
AFFA-nın baş katibi: “Nə vaxtsa bu sualı mənə verəcəyinizi bilirdim”
AFFA-nın baş katibi Elxan Məmmədov Futbolxeber.az saytına müsahibə verib.
“PROSİNEÇKİ DEDİ Kİ, BU DƏFƏ EDDİ İSRAFİLOVU MİLLİYƏ ÇAĞIRMAYACAQ”
- İspaniya mətbuatında Eddi İsrafilovun Bakıya gəlməsinin səbəbi kimi Azərbaycan pasportuna sahib çıxması göstərilir. Həqiqətənmi belədir?
- Bir neçə gün əvvəl Eddinin anası bizimlə əlaqə saxladı və dedi ki, Bakıya gələcəklər. Biz də onları burada qarşıladıq. Onların bəzi qohumları Bakıda yaşayırlar. Səfər zamanı həm onlara baş çəkdilər, həm də müəyyən sənəd məsələlərini həll etdik. Eddi şəhəri gəzdi, gördüklərindən məmnun qaldı. Biz də istəyirdik ki, İsrafilov millinin heyətinə cəlb olunmamışdan qabaq paytaxtımızla tanış olsun. AFFA-da mən də onunla görüşdüm. Eləcə də milli komandamızın baş məşqçisi Robert Prosineçki ilə görüşdü. Daha əvvəl biz Eddi ilə yarı ingilis, yarı təcrüməçi vasitəsi ilə ilə ispan dilində danışırdıq. Amma bu dəfə öyrəndim ki, o, rus dilində də danışır. Bu isə bir qədər gözlənilməz oldu.
- Fevralda millimizin təlim-məşq toplanışı olacaq. Həmin ərəfədə “Qranada”nın 2 oyunu var. Gözləmək olar ki, Prosineçki ilk toplanış üçün İsrafilova dəvət göndərməyəcək?
- Prosineçki ilə dünən bu haqda söhbətimiz oldu. O dedi ki, bu dəfə Eddini milliyə çağırmayacaq. Prosineçki İspaniyada böyük nüfuza sahibdir. İstəsə “Qranada” rəhbərliyi ilə danışıb, bu məsələni həll edə bilər. Lakin indiki məqamda biz İsrafilovun “Qrnada”nın əsasən heyətində möhkəmlənməsinin tərəfdarıyıq.
- Antalyada baş tutacaq toplanışa elə də çox vaxt qalmayıb. Lakin millimizin yoxlama oyununda hansı rəqiblə qarşılaşacağı hələ də məlum deyil. Rəqibin adı nə zaman dəqiqləşəcək?
- Hazırda 3 ölkə ilə danııqlar gedir. Klublar da gündəmdə var. Amma həmin klubların siyahısında “Krasnodar” yoxdur. Antalyada hazırlıq keçməyimiz də rəqib seçiminə təsir edir. Çünki bəzi komandalar həmin müddətdə Dubayda olacaqlar. Amma biz bu dəfə Antalyanı seçdik. Çünki həmin vaxt U-21 də Antalyada olacaq. Prosineçki gənclərə də baxmaq istəyir. Məşqçi bildirib ki, təlim-məşq toplanışı zamanı oyun olsa, yaxşı olar. Amma yoxlama görüşü keçirməsək belə, ciddi problemlə üzləşmərik.
- Deməli, toplanış zamanı millinin yoxlama oyununu keçirməmək ehtimalı da var.
- Bəli, belə bir ehtimal var.
- Qeyd etdiniz ki, 3 ölkə ilə danışıqlar gedir. Həmin ölkələrin adlarını açıqlaya bilərsiz?
- Həmin ölkələr İordaniya, Yəmən və Moldovadır. Belarusun da adı əvvəl siyahıda var idi. Lakin sonradan tarix düz gəlmədi.
- Yəmənin adını qeyd etdiniz. Amma bir müddət əvvəl bu ölkə ilə danışıqlar aparıldığı, lakin şərtlərdə razılıq əldə olunmadığı deyilirdi...
- Onlar bizə şərtlər göndərdilər. İstəyirdilər ki, yol pulunu və Antalyada qalacaqları müddətdəki xərcləri biz qarşılayaq. Biz isə bu təkliflə razılaşmadıq. Sonra bildirdilər ki, sponsor axtarırlar. Bir sözlə, danışıqlar hələ də davam edir.
- Rəqib tapılmasa, əsas millinin U-21-lə qarşılaşması mümkündür?
- Bu barədə düşünmürük. Çünki belə bir oyun eyni effekti verməyəcək.
“BİZ MÜKAFATLARI FUTBOLÇULARIN ÖZLƏRİNƏ YOX, VALİDEYNLƏRİNƏ TƏQDİM EDƏCƏYİK”
- U-17 millimiz tezliklə Bakıda Elit Raunda qüvvəsini sınayacaq. Bir müddət əvvəl millinin məşqiniz izləyərkən xoşagəlməz söhbətə şahid olduq. Belə ki, milli üzvləri ilkin seçmə mərhələdəki uğura görə mükafatlarını almamalarından gileylənirdilər. Bəziləri də məbləğin azlığından şikayətlənirlə. Gecikmə nə ilə bağlıdır?
- İlk növbədə onu deyim ki, AFFA olaraq biz daim əvvəldən nə mükafat vəd ediriksə, onu da ödəyirik. U-17-nin məsələsinə gəldikdə isə biz baş məşqçiyə də məlumat vermişdik ki, futbolçulara mükafatlar fevralın 15-inə kimi ödəniləcək. Mükafatlar müəyyən olunub. Deyilən vaxta da mükafatlar futbolçulara təqdim olunacaq.
- Sizcə, 16-17 yaşlı gənclərin Azərbaycan gerbindən, bayrağından daha çox pulu düşünmələri nə dərəcədə düzgündür?
- Bu cür söhbətlər milli üzvlərinə yaraşmaz. Mən bunu ilk dəfə sizdən eşidirəm və təbii ki, dediklərinizin həqiqət olduğuna da inanıram. Üstəlik, biz həmin pulları futbolçuların özlərinə yox, valideynlərinə təqdim edəcəyik. 2-3 min heç də az məbləğ deyil. Valideyin özü bilər, istəyər uşağına pulu verər, istəməz verməz. Amma onu da deyim ki, U-17-nin ilkin seçmə mərhələdəki oyunlarına canlı baxmışam. Azərbaycan futbolunda o cür vuruşan az komanda görmüşəm. Püşkü də onlar üçün normal saymaq olar. U-19 kimi “ölüm qrupu”nda yer almayıblar. İnanıraq ki, Elit Raunda da uğur qazanacaqlar.
- Bir müddət əvvəl mətbuatda U-19-un baş məşqçisi Nikolay Adamın Hindistandan təklif aldığı barədə xəbərlə yayıldı. Alman məşqçi ilə bu barədə söhbətiniz olub?
- Adamla bu günlərdə görüşümüz olacaq. O, təsidqlənmiş hazırlıq planını təqdim edəcək. Adam barədə xəbərləri mən də mətbuatdan oxudum. Sonra öyrəndim ki, təkcə Hindistandan yox, başqa bir ölkədən də təklif alıb. Amma Hindistandan aldığı təklif daha ciddidir. Onun bizimlə 6 aylıq müqaviləsi var. Görüşümüz zamanı bu barədə Adamla söhbətim olacaq.
- Fevralın 5-də U-21-in seçmə mərhələdəki rəqibləri məlum olacaq. Komandanın qarşısına konkret nəticə qazanmaq tapşırığı qoyulacaq, yoxsa U-21-in vəzifəsi əsas milli üçün futbolçu hazırlamaqdır?
- Lippert 6 il U-21-in baş məşqçisi oldu. Bu müddətdə o, əsas milliyə xeyli oyunçu verdi. İndi də məqsəd dəyişməz qalır. Amma bu o demək deyil ki, komanda nəticə qazanmamalıdır. U-21 millisi gənclər üçün körpü rolunu oynamalıdır. Xatırlayırsınızsa, Araz Abdullayev U-21-in heyətində Şotlandiyaya vurduğu qol sayəsində “Everton”un diqqətini cəlb etdi. Qara Qarayev U-17-nin heyətindəki oyunu sayəsində “Malaqa”ya dəvət aldı. İndi o, bu klubun düşərgəsində baxışdan keçəcək.
“BLATTER BİZİ GÖRƏN KİMİ MİLLİYƏ YENİ MƏŞQÇİ TƏYİN ETMƏYİMİZDƏN SÖZ AÇDI”
- Son 1 ay ərzində 3-4 ölkədə işgüzar səfərdə oldunuz. Bu barədə nə deyə bilərsiz?
- Sankt-Peterburqda AFFA prezidenti Rövnəq Abdullayevlı birgə FİFA rəhbəri Yozef Blattelər ənənəvi görüşümüz oldu. Blatter Olimpiya Stadionunun təməlqoyma mərasimində iştirak edib. Buna görə də stadionunun durumu barədə məruz etdik. Sevindirici haldır ki, Blatter bizi görən kimi milliyə yeni məşqçi təyin etməyimizdən söz açdı. Bildirdi ki, əvvəlki baş məşqçiniz də (Foqts-red.), indiki məşqçiniz də (Prosineçki-red.) dünya çempionudur. Sələfindən fərqli olaraq, Prosineçki əsas millilər deyil, gənclər arasında mundialın qalibi olub. Prosineçkinin təyinatından 1 ay keçsə də, artıq FİFA prezidenti belə bu təyinatdan xəbərdardı.
- AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Norveçə qarşı baş tutacaq görüşdən əvvəl Şotlandiya yığması ilə yoxlama oyununun keçirilməsi gündəmdə idi. Qarşı tərəflə danışçıqlar davam edir?
- Şotlandiya tərəfi yayımla bağlı çox çətin şərtlər irəli sürüb. Biz də düşünürük ki, oyunu keçirməyə dəyərmi, ya yox. Təəssüf ki, Azərbaycan televiziyaları şotlandların istədiyi məbləği verməyə hazır deyillər. Onlarda sistem elədir ki, yayımın qiyməti rəqibin adından asılı deyil. Buna görə də şotlandlar daim yoxlama oyunlarında güclü komandalara qarşı oynayırlar. Bizim kanallar yayıma görə pul versəydilər, elə klublara verərdilər də (gülür).
- Sabiq FİFA referisi Anar Salmanov ona qarşı haqsızlıq oldunduğunu və hətta ölkə başçısına belə müraciət etdiyini bildirib. Siz bu haqda hansı fikirdəsiz?
- Bu məsələdə birbaşa məsuliyyət Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdadı. Cavabdeh şəxs odur. Ramin Musayevlə də, Xaqani Məmmədovla da mən bu məsələni hələ noyabrda müzakirə etmişdim. Ardınca Anar Salmanovla telefon danışığımız da oldu. Mən Xaqani Məmmədovun tərəfini tutmuram. Amma bir məsələ var ki, Salmanov I diviziona göndərilsə də, orada da səhvləri oldu. İnsan daim üzərində işləməlidir. Bir adam düşünürsə ki, məndən ağıllısı yoxdur və çıxıb meydanda səhv edirsə, deməli günahkar özüdür.
- Geridə qalan müddətdə Məşqçilər Komitəsinin fəaliyyəti sizi qane edir?
- Məşqçilər Komitəsi yeni yaradılıb. Yaradılmasından cəmi 2 ay keçsə də, fəaliyyətə çox aktiv başlayıblar. Onlardan tam razıyıq. Komitəsinin fəaliyyəti barədə hesabatı AFFA-nn konfransında təqdim edəcəyik. Onlara da söz veriləcək. Komitəsinin rəhbəri Vaqif Sadıqov mütəmadi olaraq yazılı şəkildə öz təkliflərini bizə irəli sürür. Bundan başqa, son olaraq komitənin üzvü Şahin Diniyev Sankt-Peterburqdakı Valentin Qranatkinin xatirə turnirində U-19-un çıxışını izlədi və öz hesabatını bizə təqdim etdi. Belə təcrübəli insanların bir araya gəlməsi müsbət haldır. Komitə üzvləri boş-boşuna danışmağı sevmirlər. İşlərinə çox diqqətlə yanaşırlar. Mən də mütəmadi olaraq onlarla görüşürəm, gələcəkdə də görüşəcəyəm. Bu, mənim işimdir. Məşqçilər Komitəsi Klublar Komitəsi ilə də sıx əməkdaşlıq edir. Biz bu komitələri daha əvvəl yaratmalıydıq. Amma gec də olsa, lazım olanı etdik.
“NAZİM SÜLEYMANOVU U-17 VƏ YA U-19-A DƏVƏT ETMƏK DÜZGÜN DEYİLDİ”
- Bu günlərdə Yunis Hüseynovu 50 yaşının tamam olması münasibəti ilə təbrik etdiniz. Fevralın 16-da da Nazim Süleymanov əsri yarılayacaq. Lakin Süleymanov kimi təcrübəli mütəxəssis hazırda işsizdi. Halbuki onun Məşqçilər Komitəsində yer alacağı, ya da U-21-i çalışdıracağı gözlənilirdi.
- Nazim müəllim daha əvvəl əsas millidə məşqçi kimi işləyib. Ö xahişi ilə vəzifəsindən ayrılıb, “Neftçi”yə getdi. Mütəmadi olaraq onunla danışırıq, iş də təklif edirik. Amma mən hesab edirəm ki, Süleymanov elə bir səviyyəyə çatıb ki, Premyer Liqanın iddialı klublarını çalışdırmalıdır. Məncə, Nazim Süleymanovu U-17 və ya U-19-a dəvət etmək düzgün deyildi. O, artıq özü üçün imic formalaşıb. Məşqçilər Komitəsinə gəldikdə... Nə vaxtsa bu sualı mənə verəcəyinizi bilirdim. Biz Məşqçilər Komitəsini formalaşdırarkən elə mütəxəssislərə dəvət göndərdik ki, onların gözü artıq klublarda deyil. Vaqif müəllim 3 dəfə millidə işləyib, aparıcı klubları çalışdırır. Ağasəlim Mircavadovun təcrübəsi hər kəsə bəllidir. Böyükağa Hacıyev “Neftçi”də tarix yazıb. Şahin Diniyev də zəngin təcrübəyə malikdir. Beşinci üzvü - Şakir Qəribovu komitənin digər üzvləri özləri seçdilər. O ki qaldı U-21 məsələsinə, bəli, Süleymanovun adı namizədlər sırasında idi. Lakin bizə təqdim olunan siyahıda Yaşar Vahabzadənin adı birinci yazılmışdı. Burada da məntiq var. Bu adam neçə ildir, köməkçi kimi çalışırsa, indi də baş məşqçi kimi onu sınamaq olar. Vahabzadənin PRO kateqoriyası da var.
- Son zamanlar “Bakı”nın hazırki durumu da geniş müzakirə mövzusudur. Bu məsələni necə həll etmək mümkündür?
- Peşəkar Futbol Liqası hazırda çox çətin vəziyyətdədir. Bu gün Azərbaycan futbolunda 1 nömrəli problem ölkə çempionatıdır. Vəziyyət çox pisdir. Ramin Musayevlə də bu haqda mütəmadi olaraq danışırıq. Çempionat 10 komanda ilə başladı. İndi 9 komanda qalıb. Amma şübhəm var ki, Premyer Liqada mövsüm heç 9 komanda ilə də başa çatmasın. Bunu açıq deyirəm, klublar yox olurlar. 2001-ci ildən bu yana Premyer Liqada mübarizə aparan 17 peşəkar klub fəaliyyətini dayandırıb. Bu, faciədi bizim üçün. AFFA rəhbərliyi “Bakı”nın problemlərinin həll olunması üçün əlindən gələni edir. Biz “Bakı”nın tezliklə çətin vəziyyətdən çıxmasının tərəfdarıyıq. Keçən dəfə İcraiyyə Komitəsinin iclasında Hafiz Məmmədovla da bu haqda söhbətimiz oldu. O da tezliklə bütün problemlərin həll olunacağını qeyd etdi. Rövnəq Abdullayev göstəriş verib ki, “Bakı”nın problemləri həll olunsun. Amma bizim də əlimiz çatmayan yerlər var.
< br/>
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
- Qərəz, sifariş, yoxsa şəxsi maraq?
- Kölgədən qorxanlar
- FIFA prezidenti COP29-da iştirak üçün Bakıya gəldi – Elxan Məmmədovun müşayiəti ilə
- İsgəndər Cavadovdan Balaşiki Qasımova cavab: “Biz heç vaxt futbola rəhbərlik etməmişik”
- Milli Məclisdə Azərbaycan futbolunun müzakirəsi
- Qara Qarayev: “İdmançı kimi, insan kimi keçdiyim yolda bu şeyləri haqq etmirəm”
- “Zirə”nin debütantı: “Araz-Naxçıvan” mənim üçün prinsipial rəqibdir”
- Veteranlar İttifaqının sədrindən Balakişi Qasımova cavab: “Şərait yaradılmalıdır”
- “Neftçi” bu gün meydana Zəfər Günü ilə əlaqədar xüsusi hazırlanmış formada çıxacaq
- Qara Qarayevin “Araz-Naxçıvan”la imzalayacağı müqavilənin müddəti məlum oldu
- Elmar Baxşıyev: “Onun həm insani, həm də futbolçu keyfiyyətləri məni qane edir”
- Riad Rəfiyev “Barselona”nın prezidenti ilə görüşdü
- "Sonda absurd qol buraxdıq"
- Millət vəkili: “De Byazi Santuşdan daha yaxşı məşqçi idi”
-
11:16
ABF rəsmisi Botsvanada keçirilən tədbirdə fəxri qonaq qismində iştirak edib
-
10:09
AFFA rəsmisi “Mançester Siti” - “Feyenoord” oyununa təyinat alıb
-
09:42
Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
-
09:25
“Səbail” “Qarabağ”ı, “Neftçi” “Zirə”ni qəbul edir
-
21:06
“Traktor” kubokla vidalaşdı
-
20:39
“Neftçi” “Zirə” önünə ciddi itkilərlə çıxacaq
-
20:25
Elmar Baxşıyevdən qələbə şərhi
-
20:14
"Araz-Naxçıvan"dan növbəti qələbə VİDEO
-
19:48
Azər Bağırov: “İki fərqli hissə izlədik”
-
19:01
Premyer Liqamızda yeni bombardir
-
18:52
"Araz-Naxçıvan" lider oldu
-
17:33
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü
-
16:17
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
-
15:41
UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
-
15:24
Avstriya Futbol Assosiasiyasında istefa
-
14:56
"İnter"də yeni müqavilə
-
14:18
Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
-
14:02
Bellinqem mövsümün ən yaxşısı oldu
-
13:25
Matiç "Qarabağ"la oyun ərəfəsində iddialı danışdı
-
12:33
I Liqada IX turun oyunlarının vaxtı açıqlandı
-
11:59
Kamal Umudlu Çempionlar Liqasının oyununa təyinat alıb
-
10:47
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
10:00
"Qarabağ"ın rəqibi 90+8-də uduzdu
-
19:13
Azərbaycan karateçiləri Belçikaya yollanıblar
-
18:48
“Qarabağ”ın kapitanı “Lion”a qarşı oynaya bilməyəcək
-
18:27
Qəbələdə güləş məşqçiləri üçün seminar keçirilib
-
17:51
Yeniyetmə cüdoçular Göygöldə təlim-məşq toplanışında iştirak ediblər
-
17:09
"Milan"da yeni müqavilə
-
16:34
"Neftçi"nin "Zirə" hazırlığı FOTOLENT
-
16:16
“Turan Tovuz” - “Sabah” oyununun biletləri satışda
-
15:45
Millət vəkili: “De Byazi Santuşdan daha yaxşı məşqçi idi”
-
15:20
Türkiyəli Olimpiya mükafatçısı Milli Gimnastika Arenasının qonağı olub
-
14:52
"Kəpəz"in futbolçusu əməliyyat olundu
-
14:33
AMADA-nın nümayəndə heyəti Ümumdünya Antidopinq Agentliyinin iclasında iştirak edib
-
14:17
"Sumqayıt" "Şamaxı" ilə oyunun hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:28
İlham Yadullayev: "Millimizin futbolçuları rəqiblərdən geri qalmırdılar"
-
13:01
Minifutbol üzrə ölkə çempionatı: 3 oyunda 20 qol
-
12:34
Elxan Abdullayev: "Buraxdığımız ikinci qol tamamilə gözlənilməz oldu"
-
11:46
Azərbaycan yığması EEVZA çempionatında iştirak edəcək
-
11:13
Nizami Sadıqovun 60 illik yubileyi qeyd olunub FOTOLENT
-
10:55
Mərkəzi oyunu FİFA referiləri idarə edəcək
-
10:39
Mingəçevirdə üzgüçülük məşqçiləri üçün təlim keçirilib
-
10:22
Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
-
09:58
Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
-
09:47
"Kəpəz"in legioneri: "Yaxşı işləyirsənsə, nəticəsi olacaq”
-
09:30
"Qəbələ" 20:0-lıq qələbə
-
18:04
Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib
-
17:46
“Turan Tovuz”dan COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə FOTOLENT
-
17:17
"Şamaxı"nın məşqçilər korpusunda ayrılıq
-
16:52
Ramon Maçado: “Araz-Naxçıvan”ın ikinci yerdə olması bizim üçün də sürprizdir”